Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirusun Azərbaycan ştammı yaranır? - "Oktyabr-noyabr aylarında..."

16-09-2021, 14:37   


Koronavirusun Azərbaycan ştammı yaranır? - "Oktyabr-noyabr aylarında..."

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, harada yoluxma sayı çoxdursa, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir: “Bunun üçün çox ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.
O qeyd edib ki, pandemiyanın qarşısı alınmayana kimi yeni mutasiyaların olması da qaçılmazdır.
Bizim ölkədə də yoluxma sayı gündəlik 2 min civarında dəyişir. Bu rəqəm əhali və test sayına yüksək hesab olunurmu? Ümumiyyətlə, ölkəmizdə də bu qədər yoluxma fonunda yeni mutasiyanın yaranması gözlənilə bilərmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev bildirib ki, oktyabr və noyabr aylarında yoluxmada mövsümlə əlaqəli artım ola bilər:

"Son dövrlər yoluxma sayı azalıb. Hələlik azalma müşahidə olunur. Oktyabr, noyabr ayları gəlir və bu aylarda yoluxma sayı daha da çoxala bilər. Yeri gəlmişkən, qripə qarşı profilaktik peyvənd var, bu zamanlar onu vurdurmaq lazımdır. Qripə qarşı vurulan peyvənd COVID-19-un qarşısının alınmasına da müəyyən dərəcədə kömək edir. Qrip də bir virusdur və məqsədi insan hüceyrəsinə təsir etməkdir. Ona görə də sanitar-profilaktik tədbirlər görmək lazımdır. İmmunitet sistemi zəifləyəndə, istənilən proses orqanizmə mənfi təsir edir. Bu dəqiqə dünyada virusun yeni ştammları artır. Təbii ki, zəif orqanizmə istənilən mutasiya təsir göstərə bilər. Bizim də yeganə yolumuz təbii qidalar və özümüzü qorumaqdır".
İnfeksionistin sözlərinə görə, mutasiyalar adətən əhalisi çox olan ölkələrdə yaranır:
"Yoluxma mexanizmi belədir ki, virus çoxalan zaman yeni virusa başlanğıc verir, onun RNT-si, kopyası çıxır. O çıxan zaman müəyyən karıxmalar olarsa, onun bir genində olan dəyişiklik nəticəsində virusun yeni variantı əmələ gəlir. Burada həmin virus nə qədər geniş yayılarsa, yeni ştammın yayılması bir o qədər çoxalır. Bu, daha çox böyük ölkələrdə olur. Bizim kimi kiçik ölkələrdə mutasiyanın əmələ gəlmə ehtimalı azdır. Yəni mutasiyanın əmələ gəlmə ehtimalı çoxalma ehtimalı ilə düz mütənasibdir. Bildiyiniz kimi, Hindistan, Böyük Britaniya, Cənubi Afrika kimi böyük ölkələrdə ştammlar yaranıb. Böyük ölkələrdə də yeni ştammların yaranma ehtimalı daha çoxdur. Bizdə yoluxma sayı 2 minə düşüb. Əhalinin sayına görə hazırda artım müşahidə edilmir".
Naibə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar