Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Deputat məcburi köçkünün ailəsini dağıdıb – Xocalıdan olan məcburi köçkündən Prezidentə sensasion müraciət

29-08-2021, 11:02   


Bərdədə məskunlaşan Xocalıdan olan məcburi köçkün Nazim Turbəndiyev təzyiqlərə məruz qaldığını deyir. O, ANAXEBER.info-ya bildirib ki, Xocalının Cəmilli kənd icra nümayəndəsi Ramiz Qəhrəmanov onun ailəsini dağıdıb. “Ramiz Qəhrəmanov həm də Xocalı Şəhər İcra Hakimiyyətinin Bərdədəki səlahiyyətli nümayəndəsidir. Bu adam mənə oğluma toy etməyə imkan vermədi. 2019-cu ildə istədim ki, oğluma kiçik toy edim. Ramiz Qəhrəmanov həmin vaxt qayınama, qayınatama, bir sözlə, xanımım tərəfdən olan qohumlara hədə-qorxu gəldi ki, bu toy olsa siz həbs ediləcəksiniz. Çünki məni müxalifətçi kimi tanıyır. Deyib ki, həmin toya müxalifət liderləri gələcək, ona görə də bu toy baş tutmamalıdır. O, artıq keçmiş qohumlarımı deputat Elman Məmmədovun və Xocalı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyevin adından hədələyib”, - deyə Nazim Türbəndiyev bildirib. Şikayətçi bildirib ki, xanımının qohumları Ramiz Qəhrəmanovun hədələrindən o dərəcədə qorxuya düşüblər ki, onun ailəsini dağıdıblar: “Gəldilər yoldaşımı və uşaqlarımı apardılar. Keçmiş xanımım deyirdi ki, əgər qohumları ilə getməsə, Ramiz Qəhrəmanov onun dayılarını və qardaşlarını tutduracaq. Beləliklə , 2019 - cu ilin may ayında bizim ailəmiz dağıldı. Xanımım qohumları Ramiz Qəhrəmanovun təkidi ilə onun adından boşanma ərizəsi yazdılar. Hətta uşaqları da mənə vermədilər.  Yoldaşım ruhi xəstə olduğu üçün uşaqlar onunla qala bilməz. Sadəcə onları aldadıblar ki, uşaqlara Ramiz Qəhrəmanov himayədarlıq edəcək. Axı niyə övladlarım bu şəxsin himayəsi altında böyüməlidir?” Nazim Türbəndiyevin sözlərinə görə, Ramiz Qəhrəmanovun əsas himayədarı deputat Elman Məmmədovdur: “Bu şəxs məhz Elman Məmmədova arxalanaraq bu cür heç bir qanuna, insanlığa sığmayan addımlar atır”. 
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar