Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qafqaza erməni təhdidi: Azərbaycanda terror təhlükəsi gözlənilirmi? – AÇIQLAMA

27-08-2021, 15:06   


Qafqaza erməni təhdidi: Azərbaycanda terror təhlükəsi gözlənilirmi? – AÇIQLAMA

“Kabildə baş verən terror aktlarını İŞİD-in Xorasan adlı qolu gerçəkləşdirib”.
Bu sözləri ABŞ Prezidenti Co Bayden mətbuata açıqlamasında qeyd edib. Maraqlıdır, son zamanlar terror qruplaşmalarında yenidən fəallaşma müşahidə olunur.
"Taliban"ın 20 il sonra Əfqanıstanda hakimiyyətə gəlməsinin ardından dünən isə İŞİD uzun müddət sonra ortaya çıxdı.İndiki dünyada terrorizm artıq beynəlxalq xarakter alıb. Azərbaycan da terror riski olan ölkələr sırasındadır.
Ümumiyyətlə, Azərbaycan “ASALA” terror təşkilatının hücumuna məruz qala bilərmi? Ölkədə terror-təxribat təhlükəsi mövcuddurmu?
Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri ermənilər tərəfindən ölkəmizə qarşı terror təhdidinin hər zaman mövcud olduğunu bildirib:

“Çünki Ermənistan tam formalaşmamış terrorçu bir dövlətdir. Ermənistanın heç bir zaman dövlət ənənəsi olmayıb. Terror həmişə ermənilərin mübarizə vasitəsi olub və bu gün də davam edir. Hətta 44 günlük Vətən müharibəsində də, Ermənistan ordusunun tərəfində beynəlxalq təşkilatların və dünya ölkələrinin qara siyahısında olan bir neçə terror qruplaşması üzvləri vardı. Üstəlik bu faktları heç kim təkzib edə bilməz. Hazırda Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı istifadə olunmaq üçün “ASALA”-dan başqa yeni terror təşkilatları da yaradılıb.
Ona görə terror təhlükəsi həmişə mövcuddur. Lakin Azərbaycan və qardaş Türkiyə hər zaman erməni terroruna qarşı ayıq-sayıq olmalıdır. Bu təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Düşünürəm ki, həmişə Azərbaycan ictimaiyyəti erməni və digər terrorçulara qarşı mübarizədə fəal olmalıdır”.
Elmir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar