Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Müdafiə Nazirliyi Ağdərədə ermənilər tərəfindən tutulan Azərbaycan əsgəri haqda məlumat yaydı “HOSPİTALIN PSİXİATRİYA BÖLMƏSİNDƏN QAÇIB...”

26-08-2021, 14:28   


Az əvvəl erməni tərəfi Azərbaycan ordusunun əsgərinin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə-Ağdərə şəhərində tutulduğu haqda məlumatlar yayıblar. Bildirilir ki, həmin əsgər-Cəmil Babayev Ağdərədə evlərdən birinə girib və sakinlər xəbər tutaraq yerli polisə xəbər veriblər.
Azərbaycan Müdafiə Nazirliyi bu insidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir:
-Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar