
“Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır”.Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:
“Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:
“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə, onu müvafiq qaydada yoxlatdırsın. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən zəruri köməkliklər göstəriləcək”.Maraqlıdır, narkotik maddələr arıqladırmı?Mövzu ilə bağlı
Cebhe.info-ya danışan narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, kimyəvi maddələr insanı arıqladır:
“Vərəm, xərçəng, şəkər xəstəlikləri insanı necə arıqladırsa, maddələr də həmçinin elə arıqladır. Yəni normal orqanını sən xəstələndirirsən və get-gedə arıqlayıb ölürsən. Elə ölümdənsə normal öl, gərək arıqlayıb narkotikdən öləsən? Bu arıqlamaq o arıqlamaqdan deyil. Arıqlamaq üçün sadəcə yeməyi və kalorini azaldıb, məşqi gücləndirmək lazımdır. Narkotik maddələr arıqlamaq yolu deyil, cinayətdir. Bunun böyük, ağır fəsadları ola bilər. Narkotik arıqlatmır. Narkotik əvvəlcə arıqladır, sonra öldürür. Narkotikdən arıqladınsa, bil ki, ölümə gedirsən”.Semra Ələkbərli
Cebhe.info