Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Peyvəndlənməyən işçiləri hansı cəza gözləyir? - “İşə gəlməmək...”

10-08-2021, 16:45   


Peyvəndlənməyən işçiləri hansı cəza gözləyir? - “İşə gəlməmək...”

Son günlər ölkəmizdə yoluxmalar artır.
İş yerləri, təhsil müəsissələri, xəstəxanalar və xidmət müəssisələrində çalışan ən azı 80 faiz işçinin senytabrın 1- dək vaksinlənməsi Operativ Qərargah tərəfindən tələb kimi qoyulub. Lakin bəzi şəxslər ən müxtəlif səbəbləri əsas tutaraq peyvəndlənmə prosesində iştirakdan yayınır. Bu halda müəssisəni idarə edən şəxslərlə işçilər, həmçinin vaksinlənən işçilərlə vaksinlənməyənlər arasında problemlər yarana bilər. Belə olan halda nə etməli?
Tibbi qaydalara və ölkə qanunlarına görə, vaksinlənmədən boyun qaçıran işçiyə digərini yoluxdurmaq, onların sağlamlığını bilərəkdən təhlükə altına qoymağa görə hüquqi cəhətdən hansı məsuliyyət müəyyən edilə bilərmi?
Mövzu ilə bağlı Cebhe.info-ya infeksionist Mərdan Əliyev danışıb. O, peyvənlənmənin məcburi olmadığını deyib:

“İnsanlara hansısa dərmanların verilməsi, peyvəndlərin vurulması məcburi ola bilməz. Bu, insan hüququnun pozulmasıdır. Amma burada bəzi məsələlər var. Məsələn, iş yerlərindən insanı məcbur edə bilərlər. Belə deyək, vətəndaşı vaksin vurdurmayıb deyə işdən azad etmək də olmaz”.
Mərdan Əliyev bildirib ki, əgər işdə olanların 90 faizi virus əleyhinə peyvəndlənib, yerdə qalan 10 faizinə vaksin vurulmayıbsa, işə gələn insan digərlərini yoluxdura bilər. Bu isə digər işçilərin hüququnun pozulmasıdır:
“Biri peyvənd vurdurmayıbsa, digər işçiləri yoluxdurmaq ehtimalı var. Bilirik ki, peyvənd vurulandan sonra da şəxsin yoluxma ehtimalı yenə də olur. Ümimiyyətlə, peyvənd vurulmayan şəxs özü və digərini də asanlıqla virusa yoluxdura bilir. Ona görə iş yerindən hər hansı cərimə və məcbur etmək kimi məsələlər ola bilər. Həmçinin vaksin vurdurmayan işçilərin qarşısına müyyən müddət işə gəlməmək kimi şərtlər qoyula bilər”.
Mövzuya hüquqi cəhətdən münasibəti vəkil Roman Qaraşov bildirib. Həkim təhlükə yaratdığına görə bu kimi məqamları nəzərə almağın lazımlığını vurğulayıb:
“Çünki maska taxaraq bütün gün əmək fəaliyyəti ilə məşğul olmaq da qeyri- mümkündür. Eyni zamanda, iş mühitində istər- istəməz əlaqələr, ünsiyyət yaranır. Yəni real yoluxdurma riski artır. Hər gün statistik rəqəmlərdən görünür ki, virusa yoluxanlaırn sayı yüksəlir. Əgər şəxsin sağlamlığı onun vaksinasiya olunmasına imkan vermirsə, bu zaman ona sertifikat verilir. Bu zaman o, əmək fəaliyyəti ilə yenə məşğul ola bilər. Digər bütün hallarda vaksinin vurulması ona görə iş mühitlərində məcburi sayılır ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır. O qərarlara əməl etmək birbaşa vətəndaşın borcudur”.
Roman Qaraşovun fikrincə, vaksinasiya məcburi göstərişdir və ona uyğun hərəkət edilməlidir. Burada hər hansısa qanun pozuntusundan söhbət getmir:

“Əgər şəxsin əmək fəaliyyəti məsafədən işin icrasına imkan verirsə, bu halda vaksinin məcbur- olmaması məsələsinə iş şəraiti ilə bağlı baxıla bilər. Vaksin olunmadığına, sağlamlığı imkan vermədiyinə görə şəxsin işə buraxılmaması mümkündür. Bu zaman həmin şəxs əmək vəzifələrini yerinə yetirə bilməyəcək, işdən kənarda qalacaq. Bu da əmək intizamının pozulması deməkdir”.
Şəlalə Babayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar