Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Peyvənd vurduranlar da, yoluxanlar da artır: “Operativ Qərargah iki professorun rəyi ilə qərar verir”

10-08-2021, 14:53   


Peyvənd vurduranlar da, yoluxanlar da artır: “Operativ Qərargah iki professorun rəyi ilə qərar verir”

Azərbaycanda iki doz vaksin olunan əhalinin sayı 2 milyonu keçsə də, koronavirusa yoluxma sayında artım davam edir.
Məsələn, təkcə dünən Azərbaycanda 1101 nəfər koronavirusa yoluxub, 511 nəfər isə vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.
Maraqlıdır ki, bu qədər insanın peyvənd olunmasına rəğmən, gündəlik yoluxma sayı niyə dördrəqəmlidir və aktiv xəstə sayı dayanmadan artır? Hazırda Azərbaycanda vaksinasiyanın gedişatını qənaətbəxş hesab etmək olarmı?
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının dosenti Ədalət Rüstəm Cebhe.info-ya açıqlamasında ölkəmizdəki vəziyyətin qənaətbəxş olduğunu bildirib:

“Gürcüstanla müqayisədə bizdə hazırkı vəziyyət yaxşıdır. İnsanlar vaksinasiyada iştirak edir, hətta növbələrin olduğunu da müşahidə edirik. Lakin bütün bunlara baxmayaraq təbliğatı artırmaq lazımdır ki, daha çox insan peyvənd vurdursun. Dövlət kifayət qədər vaksin alıb, insanlar istənilən poliklinikaya yaxınlaşaraq vaksinasiya prosesində iştirak edə bilər”.
Dosent qapadılma iddialarından da bəhs edib:
“Yoluxma sayı artdıqca qapanma ehtimalları artır. Qapadılma ilə bağlı qərarları Operativ Qərargah verir. Orada yüksək səviyyəli mütəxəssislər var, xüsusilə, tibbi məsələləri professorlar Adil Allahverdiyev və Akif Qurbanov həll edir. Onların rəyləri əsasında qərarlar verilir”.
Elmir Kərimli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar