Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəblər açılacaq?- “Şagirdlər ictimai nəqliyyatda virusa yoluxur..." -EKSPERT

4-08-2021, 14:12   


Məktəblər açılacaq?- “Şagirdlər ictimai nəqliyyatda virusa yoluxur..." -EKSPERT

"Yeni tədris ilinə bir aydan da az vaxt qalıb. Müvafiq qurumlar tərəfindən hələ milli tədris ilinin başlanmasıyla bağlı qəti qərar yoxdur".
Bu sözləri Cebhe. info-ya təhsil eksperti Kamran Əsədov yeni tədris ilində pandemiya ilə əlaqəli qarşılaşacağımız problemlərdən bəhs edərkən deyib:

"Avqustun 15- dən sonra valideynlər övladlarının yeni tədris ilindəki qayğıları ilə məşğul olacaqlar. Məktəbli ləvazimatlarının alınması prosesinin artıq indidən başladığını da deyə bilərik. Amma biz yaxşı bilirik ki, ölkədə koronavirusa yoluxanların sayı minə yaxınlaşır. Bizi hansı ssenarilərin gözləməsiylə bağlı hazırda planlarımız yoxdur. Sentyabrın 1- dək tədris prosesində iştirak edənlər mütləq vaksin olunmalıdırlar. Bu, onu deməyə əsas verir ki, ali təhsil müəssissələrində tədris bərpa ediləcək. Uzun fasilədən sonra tədris bərpa olunacaq, amma hansı formatda məlum deyil, mübahisəlidir".
Ekspert bildirib ki, bu il yeni tədris ilinin başlanması ilə bağlı ciddi suallar var:
"Təklif edirəm ki, bütün hallarda tədris prosesi bərpa ediilsin. Bu mütləqdir. Çünki bizim şagird və tələbələrimiz uzun müddətdir ki, tədris prosesindən kənar qalıblar. Digər məsələ var ki, bu məktəbli avtobusları ilə bağlıdır".
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ictimai nəqliyyatdan istifadə zamanı şagirdlərin virusa yoluxma halları müşahidə olunur: "Bunun aradan qaldırılması üçün mütləq şəkildə məktəbli avtobusları təşkil edilməlidir. Mən inanıram ki, bu məsələ öz həllini tapacaq".
Şəlalə Babayeva
Cebhe. info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar