Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İki peyvənd siyahısı: ÜST tanıyır, Avropa yaxın buraxmır- TƏQDİMAT

3-08-2021, 17:52   


İki peyvənd siyahısı: ÜST tanıyır, Avropa yaxın buraxmır-BİZİM TƏQDİMAT

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələyə aydınlıq gətiriblər.
Bildirilib ki, bu, fərdlərdən və hökumətlərdən asılıdır: “Nələrin işə yaradığını bilirik, sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik”.
Eyni zamanda, peyvəndlərin təhlükəsizliyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Bildirilib ki, ÜST-nin fövqəladə hallarda istifadə siyahısında olan bütün peyvəndlər təhlükəsizdir və hazırda mövcud olan ştammlar da daxil olmaqla, COVID-19-dan ağır xəstələnmənin qarşısının alınmasında effektivdir. Peyvəndlərin bir çoxu fövqaladə hallar üçün, bəzisi isə ümumi təsdiqlənib. Cebhe.info ÜST-ün ümumi və fövqaladə hallar üçün nəzərdə tutulan peyvənd siyahısını araşdırıb.
ÜST ilk dəfə COVİD-19 əleyhinə “Pfizer” peyvəndini təsdiq edib. Bu barədə məlumat yanvarın 1-də təşkilatın “Tvitter” hesabında yerləşdirilib. Təşkilatın sosial şəbəkə hesabında qeyd olunub ki, bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğundur.
*“ “Pfizer-Biontech” ÜST tərəfindən təsdiqlənmiş ilk preparat olub. Biz bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğun olduğunu müəyyən etdik. COVİD-19-a qarşı mübarizə çərçivəsində onun xeyri potensial risklərdən üstündür",- deyə təşkilatın bəyanatında bildirilir.
*Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac” peyvəndinin istifadəsini də təsdiqləyib. Bu barədə ÜST-ün Cenevrədəki qərargahı məlumat yayıb. “ÜST COVID-19-a qarşı “Sinovac” (CoronaVac) peyvəndinin istifadəsini təsdiqləyib. ÜST ölkələri, fondları əmin edir ki, bu peyvənd təhlükəsizlik, effektivlik və istehsal üçün beynəlxalq standartlara cavab verir”, - deyə məlumatda qeyd olunub.
*Ümumdünya Səhiyyə Təşkilatı təcili istifadə üçün isə Çin peyvəndi “Sinopharm”ı təsdiqləyib. Bu barədə təşkilatın baş direktoru Tedros Adano Qabreyusus bildirib. Onun dediyinə görə, müvafiq qərar ekspert qrupu tərəfindən verilib.
ÜST-ün müvafiq icazəsindən sonra Çin peyvəndi Kovacs proqramına da daxil ediləcək.
*Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış koronavirusa qarşı vaksini fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib. ““Moderna” COVID-19 peyvəndini (mRNA 1273) fövqəladə vəziyyətlərdə istifadə üçün dərmanlar siyahısına daxil etdi və bu, təşkilat tərəfindən təsdiqlənən beşinci peyvənd oldu", - ÜST-ün açıqlamasında deyilib. Dərman m-RNT-yə əsaslanır və ÜST-ün qiymətləndirmələrinə görə 94,1 % təsir göstərir. Peyvənd mənfi 15 dərəcədən 25 dərəcəyədək temperaturda, eyni zamanda 2-8 dərəcədə 30 günə qədər saxlanıla bilər.
*ÜST “AstraZeneca” peyvəndinin də təcili tətbiqinə icazə verib. Bununla da yoxsul ölkələrə daha çox peyvəndin çatdırılması hədəf olaraq qaraşıya qoyulub.
* Avropa Birliyi tərəfindən tanınan koronavirüs peyvəndləri isə bunlardır: Pfizer/BioNTech, Oxford/AstraZeneca, Moderna ve Johnson & Johnson.
Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” hələ də ÜST tərəfindən təsdiqlənmıəyib.
Naibə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar