Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Maaşının artırılmasını istədi – Töhmət aldı - “Aztelekom” rəhbərliyinin özbaşınalığı

9-07-2021, 12:14   


Sumqayıt Telekommunakisya Qovşağının Cari Palnlama Sektorunun texniki vəzifəsində çalışan Zülfiyyə Vəliyevanın “Aztelekom” İstehsalat Birliyindən şikayətçidir. Zülfiyyə Vəliyeva ANAXEBER.info-ya bildirib ki, 25 ildir rabitəçidir. “Amma dərəcəmi artırmırlar. Buna görə də 330 manat maaşa möhtac qalmışam. Ölkədə bahalaşma dalğasının başladığı bir dönəmdə bu maaşla necə dolanmaq olar? Təsəvvür edin, xadimə 280 manat maaş alır. Mən, 25 ilin rabitəçisi isə 330 manat. Dəfələrlə rəhbərliyə bu barədə bildirmişəm, amma nəticə yoxdur. Xüsusilə, “Aztelekom” İstehsalat Birliyinin rəhbərliyi müraciətlərimə biganə yanaşır”, - deyə Zülfiyyə Vəliyeva bildirib. Onun sözlərinə görə, ötən ay “Aztelekom” İstehsalat Birliyinin baş direktor əvəzi Samir Məmmədovun qəbuluna yazılıb: “Lakin məni baş direktorun köməkçisi İlqar müəllim, İnsan Resurları departamentinin rəisi Səidə Hüseynova qəbul elədi. Bu görüşün heç bir nəticəsi olmadı. Əksinə Səidə Hüseynova sonradan deyib ki, Zülfiyyə Vəliyevanı işdən çıxardın”. Şikayətçi əlavə edib ki, üzləşdiyi haqsızlıqla bağlı müvafiqə qurumlara və mətbuata etdiyi meraciətlərdən sonra ona qarşı təzyiqlər başlayıb. “Mənə töhmət verildi. Bu azmış kimi Səidə Hüseynova məni işdən çıxarmaqla hədələyir. Mən 25 ildir ki, rabitə sahəsində işləyirəm. İstədiyim işimə layiqli qiymət verilməsidir. Başqa nə istəyirəm ki? Amma buna görə mənə töhmət verirlər, hədələyirlər, hətta şantaja məruz qoyurlar”, - deyə Zülfiyyə Vəliyeva vurğulayıb.
 ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar