
"Bildiyiniz kimi İmişlinin bazarı yandı və rayon ciddi bir fəlakət yaşadı. İndi zərər çəkənlər kompensasiya tələb edir. Onlar qəbul edilib dinlənilməlidir. Sığortası olmayan bazar, ticarət mərkəzi işləməməlidir. İşləməsinə icazə verilibsə, bu boşluq yaradılıbsa, məsuliyyət vətəndaşın deyil.Biz bəyəm deməliyik, gedin başınıza çarə qılın? Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün sığorta sistemi məcburi olmalı, işlək vəziyyətə gətirilməli və sığorta şirkətlərinə də müştəri məmuniyyəti tələbləri ciddi sərtləşdirilməlidir”.
Bizimyol. info xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili
Razi Nurullayev səsləndirib.

Razi Nurullayev
O həmçinin çıxışı zamanı səmərəsiz işləyən bəzi dövlət müəssisələrinə, o cümlədən AZAL şirkətinin bütün tənqidlərə baxmayaraq bilet qiymətlərini baha saxlamasına diqqət çəkib.
" Hökumət dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrıldığın, onların isə səmərəli işləmədiyini açıq şəkildə deməlidir. Dövlət müəssislərin götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəməli olacaq. Məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur, bahalaşma baş verir. Məhz, ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur. Xalq gözünü SOCAR-a dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı?AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq", - o bildirib.
Tarif Şurasının qiymətləri qaldırmasından və əhalinin Şuranın fəaliyyətindən narazılığını dilə gətirən millət vəkili təklif edib ki, Tarif Şurası ləğv edilsin, səlahiyyətləri isə Parlamentə verilsin: “10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir”- deyə o vurğulayıb.
Razi Nurullayevin bu təklifi yalnız deputat Qüdrət Həsənquliyev tərəfindən bəyənilib.
İlhamə