Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həkim: "Həftəsonu qadağaları qüvvədə qalmalıdır" (VİDEO)

3-07-2021, 17:25   



"Həftəsonu qadağalarının qalması məqsəduyğundur".
Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki,
"Biz bir müddət bu məsələni ciddi şəkildə izləməliyik. Ola bilər ki, bu gün mövcud olan qərarlara, yəni sosial həyatın ayrı-ayrı sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar əhalinin təhlükəsizliyi üçündür. Qərarlar epidemioloji vəziyyətə uyğun verilir. "Delta plus” ştammının ölkəyə gəlməsi və yayılması astanasındayıq. Bunu qətiyyən unutmaq olmaz. Bir balaca ehtiyatlı olmaq lazımdır. Nə qədər ki, epidemioloji vəziyyət stabildir daha az kontaktlarla müşahidə olunan fəaliyyətə keçmək lazımdır. Məsələn qapalı mühitdə toylar təhlükəlidir. Çünki kondisioner işləyir və orada bir adamın xəstə olması kifayət edir ki, xeyli adam virusa yoluxsun”. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar