ABŞ-ın “Johnson&Johnson” şirkəti hazırladığı peyvəndin "Delta” ştammına qarşı təsirli olduğunu açıqlayıb.Cebhe.info xəbər verir ki, bu barədə açıqlama şirkətin saytında yerləşdirilib.
Şirkət peyvəndin "Delta" ştammına təsirli olduğuna dair araşdırmanın nəticələrini təqdim edib. Bildirilib ki, bu peyvənd koronavirusun ştammlarından azı 8 ay qoruyur.
"Biz hesab edirik ki, hazırladığımız peyvənd COVID-19-dan etibarlı müdafiədir",-deyə açıqlamada vurğulanır.Xatırladaq ki, “Delta” ştammı 92 ölkədə qeydə alınıb. ÜST yoluxma tempindən narahatlığını bildirib.
Xəzər
Cebhe.info