Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həkim koronavirusun “Delta” ştammından qorxanlara SƏSLƏNDİ

2-07-2021, 13:47   
Həkim koronavirusun “Delta” ştammından qorxanlara SƏSLƏNDİ
“Koronavirusun “Delta” ştammı barədə deyim ki, narahatlığa səbəb görmürəm”.
Anaxeber.info xəbər verir ki, bunu koronavirusun müalicəsilə məğul olan həkim-anestezioloq Şahin Məmmədov bildirib.

“Düzdü əvvəlki variantlardan daha sürətli yayılması ilə seçilir. Amma xoşbəxtlikdən bu mutasiya da əvvəlki mutasiyalar kimi yalnız yoluxma sürətində fərq yarada bilib. Bu variant xəstəxanaya qəbul və ölüm faizini artırmır”,- həkim deyib.
Onun sözlərinə görə, “Delta” ştammının simptomları  kimi yüngül soyuqdəymə- başağrısı, burun axması, qızdırma daha çox görünür, nəinki öskürək:
“Vaksinlər “Delta” variantına qarşı yüksək effektivdir. 2 dəfə vaksin vurulmuş insanlar bu variantdan da qorunacaq”,-deyə həkim insanları sakitləşməyə çağırıb.  /Modern.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar