Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ramin Bayramlı: “3-cü doza vaksinasiya ilə bağlı Operativ Qərargah tərəfindən müzakirələr aparılır"

2-07-2021, 13:29   



“Növbəti mərhələdə 3-cü doza vaksinasiya ilə bağlı elm adamları, Operativ Qərargah tərəfindən müzakirələr aparılır. Bununla bağlı qərarlar ictimaiyyətə açıqlanacaq”.
Bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, iki doza vaksin tətbiqindən sonrakı dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqatlar aparılır: "Bununla bağlı bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılır və qərarlarımız ictimaiyyət açıqlanacaq. Ölkədə hansı vaksinə tələbat olacaqsa, effektivliyi ilə bağlı daha önə çıxacaqsa, onlar təmin ediləcək. Bu gün bütün vaksinlər təhlükəsizdir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar