
Real partiyasının sədr müavini Natiq Cəfərli AZAL-ı uçuş biletlərinin bahalı olmasına görə tənqid edib.
“1 iyul 2021-ci ildən “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşlarını bərpa edəcək. Şirkət yenilənmiş aeroportdan 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen (Almaniya) şəhərlərinə reyslər yerinə yetirəcək.
Nəzəri olaraq 1 həftəlik bilet qiymətlərinə baxdım – 04 iyuldan, 11 iyula qədər, məsələn, Praqa şəhərinə olan bilet qiymətlərini müqaisə etdim. Həmin tarixlərdə Kutaisidən Praqaya bilet qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya THY ilə bilet qiyməti 1180 manat, yəni, 694 dollardır – fərq 529 dollar təşkil edir.
Hörmətli hökumət, hakimiyyət üçün qiymətli AZAL rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq?! Nə zamana qədər AZAL-a olan yaxın münasibətə görə camaat əziyyət kəçib, öz cibindən bu şirkəti maliyyələşdirib, hələ bir büdcədən də dotasiya almasını, bütün bunlara rəğmən ziyanla işləməsini görüb təəccüblənəcəyik?! Bir tək bu məsələni həll etmək bu qədərmi çətindir?! Qiymətlərin yüksək olmasının AZAL-ın bir tək inhisarçı olması ilə bağlı deyil, yerüstü xidmətlərin də AZAL-ın inhisarında olmağıdır.“
Anaxeber.info