Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hindistanda dünyanın ən təhlükəli virusu aşkarlandı İNSANLARA YARASA TOXUNAN MEYVƏ İLƏ KEÇİR...

27-06-2021, 14:29   



Hindistanın milli virusoloğiya İnstitutunun alimləri ilk dəfə yarasalarda “Nipax” (NiV) virusu aşkar ediblər. Bu haqda “The İndian Express” Hindistanın tibbi araşdırmalar Şurasının həmin İnstitutla birgə apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verir.
Təbiətdə yarasalarda mövcud olan həmin virus insanlarda ağır xəstəliyə səbəb olur, beyin iltihabı (ensefalit) və ya tənəffüs yolları xəstəlikləri ilə müşaiyət olunur. Virus insanlara xəstə yarasanın toxunduğu meyvələr vasitəsilə keçə bilər. Virus olduqca yoluxdurucudur, ona qarşı vaksin və ya hər hansı dərman mövcud deyil. Virusa yoluxanlar arasında ölüm faizi də olduqca yüksəkdir, 40-75 faiz təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı “Nipax” virusunu dünyada ən təhlükəli virus hesab edir. İlk dəfə virus Hindistanın Qərbi Benqaliya ştatında 2001 və 2007-ci illərdə, 2018 və 2019-cu illərdə isə Kerala ştatında aşkarlanıb. 2020-ci ilin yazından etibarən araşdırmaçılar onlarla yarasa tutublar və onlarda tədqiqat aparıblar, məlum olub ki, həmin yarasalarda “Nipax” virusuna qarşı anticismlər yaranıb.
“Alimlərin sözlərinə görə, təkrar olunan kütləvi yoluxmalar, yüksək ölüm səviyyəsi, virusun insandan insana keçməsi və vaksinin, virusa qarşı dərmanların olmaması Hindistan üçün ciddi təhdid təşkil edir, çünki yarasaların cəmləşdiyi ərazilərdə çoxsaylı əhali yaşayır”,-məqalədə deyilir.
Xatırladaq ki, koronavirusun ikiqat sürətlə və ya ildırım sürəti ilə yoluxan “delta” və “delta plyus” ştammları da Hindistanda aşkarlanıb.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar