Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kəskin istilər nə vaxta kimi davam edəcək?

27-06-2021, 12:53   


Kəskin istilər nə vaxta kimi davam edəcək?
Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.
Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.
İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, Aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib.
Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar