Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarılıb? - AÇIQLAMA (YENİLƏNDİ)

29-05-2021, 20:05   


Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarılıb? - AÇIQLAMA
Dövlət Sosial Müdafiə Fondunun Qazax Şöbəsində 30-nəfər əməkdaşın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.
O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar, işçilərin işdən azad edilməsi faktı əsassızdır.
***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.
Publika.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.
İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.
Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar