Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ali məktəblərə qəbul üzrə balların hesablanması qaydası məlum olub

26-05-2021, 12:49   




Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydasını açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir.
Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.
Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.
Fənnin adıTapşırıqların sayıNisbi balın hesablanması düsturu
Xarici dil
 (ingilis, alman,
fransız,
 rus,
 ərəb
və ya
fars
dili)
  • Dinləyib-anlamaya 
  • dair mətn(publisistik
  • və ya dialoq formalı) 
  • və mətnə aid 6 tapşırıq: 
  • qapalı tipli 5 və 
  • yazılı şəkildə cavablandırılması
  • tələb olunan açıq tipli 1 tapşırıq;
  • Qapalı tipli 16 tapşırıq;
  • Oxuyub-anlamaya dair 
  • mətn və mətnə aid 
  • 8 tapşırıq: qapalı tipli 
  • 5 və yazılı şəkildə
  • cavablandırılması 
  • tələb olunan 
  • açıq tipli 3 tapşırıq.
Cəmi: 30 tapşırıq
(2nd(açıq,
yazılı)
+
nd(qapalı))
∙10034
Maksimal
bal: 100
Azərbaycan
 (rus)
 dili
  • Dil qaydalarına dair 
  • 10 qapalı tipli tapşırıq;
  • Oxuyub-anlamaya dair 
  • 2 mətn (bədii, 
  • publisistik formalı) və
  • hər mətnə aid 10 tapşırıq:
  • qapalı tipli 8 və yazılı
  • şəkildə cavablandırılması
  • tələb olunan açıq tipli
  • 2 tapşırıq (cəmi 20 tapşırıq).
Cəmi: 30 tapşırıq
(2nd(açıq,
yazılı)
+
nd(qapalı))
∙10034
Maksimal
bal: 100
Riyaziyyat
  • Qapalı tipli 13 tapşırıq;
  • Cavabların kodlaşdırılması
  • tələb olunan
  • açıq tipli 8 tapşırıq;
  • Həllinin ətraflı şəkildə 
  • yazılması tələb olunan 
  • açıq tipli 4 tapşırıq.
Cəmi: 25 tapşırıq
(2ndaçıq,
yazılı
+
ndaçıq, kod+
nd(qapalı))∙
10029
Maksimal
bal: 100

Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300
Qeyd. 1. nd(açıq, kod) - cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;
nd(qapalı) - qapalı tipli tapşırıqlar üzrə balların cəmi;
nd(açıq, yazılı) - yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.
2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.
3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, və ya 1 balla qiymətləndirilə bilərlər.
Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası
Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.
İmtahanın müddəti 3 saatdır.
Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.
Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:
İmtahan fənni üzrə nisbi bal: ,
burada NB – fənn üzrə nisbi bal;
NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;
NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.
Qapalı tipli tapşırıqlar üzrə nisbi bal:
(hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0götürülür),
burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;
Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.
Açıq tipli tapşırıqlar üzrə nisbi bal: NBa = (Dkod + 2Dyazılı)
burada Dkod– cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;
Dyazılı– yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, və ya balla qiymətləndirilir.
Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri
I qrupII qrupIII qrupIV qrup
Riyaziyyat – 1,5 (1)Riyaziyyat – 1,5 (1)Azərbaycan (rus) dili – 1,5 (1)Biologiya – 1,5 (1)
Fizika – 1,5 (2)Coğrafiya – 1,5 (2)Tarix – 1,5 (2)Kimya – 1,5 (2)
Kimya – 1 (3)Tarix – 1 (3)Ədəbiyyat – 1 (3)Fizika – 1 (3)
Qeyd: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir.
İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400
V ixtisas qrupu üzrə
V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar