Milli Ordumuzla fəxr edirik!Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə
təxribatlar törətməsi, yaşayış məntəqələrimizi atəşə tutmasına layiqli cavab verən
Azərbaycanın rəşadətli Ordusu əks-hücum əməliyyatlarına başlayaraq, bir sıra
ərazilər, strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edib.
Xalqın milli birlik və vəhdət nümayiş etdirdiyi bu günlərdə hər bir
Azərbaycan vətəndaşı milli ordunun yanında olmağı özünə müqəddəs borc bilir.
Bakı metropolitençiləri Silahlı Qüvvələrimizə Yardım Fondunun vəsaitlərinin
artırılması təşəbbüsünü dəstəkləyərək, bunu özlərinə vətəndaşlıq borcu hesab edir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin kollektivi Azərbaycan
Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 77 min 912 manat məbləğində
ianə köçürüb.
Metropolitençilər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən
şanlı Ordumuzla qürur duyur.
Qarabağ Azərbaycandır!
AnaXeber.info