Moskvada imzalanan humanitar atəşkəsin mürəkkəbi qurumamış Ermənistan terrorçu mahiyyətinə sadiq qalıb Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirdi. Nəticədə 3 bina dağılıb, 7 nəfər həlak olub, 35-dən artıq yaralı var, xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.Oktyabrın 9-u gecədən səhərə qədər, 10-u bütün günü Azərbaycan cəmiyyəti qəzəb, hiddət içində Moskvada Rusiyanın təhriki ilə imzalanan atəşkəs razılaşmasını müzakirə edirdi.
Təəssüf ki, nazir Ceyhun Bayramov Moskvada Ordumuzun qazandığı uğurları, Prezidentin sərt və QƏRRARLI MÖVQEYİNİ masada qazanca çevirə bilmədi.Döyüşlərin qızğın çağında, düşmənin taqətdən düşdüyü bir vaxtda Ermənistanın üzərinə heç bir konkret öhdəlik götürmədiyi halda, atəşkəsə razılaşması cəmiyyətdə haqlı narazılıq yaradıb.Hansı zərurətdən buna gedildi, Türkiyə masada niyə yox idi, indiki halda milli maraqlarımıza cavab verməyən şərtlərə Bayramov nə üçün razılaşıb?Cəmiyyətin beynini didib-parçalayan başqa suallar da var.
Məsələn, “Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” qeydi yazılmayan bir sənədə cənab Bayramov niyə razılaşıb?
Fransa hakimiyyəti açıq şəkildə Azərbaycanın düşmənini dəstəklədiyini nümayiş etdirdiyi halda, danışıqların formatının saxlanılmasını Bayramov doğrudanmı uğur hesab edir? (Yeri gəlmişkən, bəzi deputatlar, ekspertlər də bu “uğuru” məhd etməklə kim olduqlarını ortaya qoydular).İndiki halda Türkiyənin münaqişənin həllində iştirakının qarşısını almağa xidmət edən maddəyə - problemin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənməyə razılaşmaq kimə lazımdır?
Müharibə bitməmiş əsirlərin qaytarılmasına hansı haqla razılıq verilib? Axı düşmən əsgərini əsir götürmək üçün əsgərlərimiz canını ortaya qoyub, Şəhid olub!
Əlbəttə, belə suallar çoxdur. Yerli və xarici bütün tanınmış ekspertlərin şərhində bu razılaşmanın Azərbaycanın maraqlarına cavab vermədiyini bildirdiyi halda Bayramovun dünənki brifinqdə sənədi uğur kimi təqdim etməsini isə ən yaxşı halda onun təcrübəsizliyinə bağlamaq olar.Nə isə, dərinə getmədən qeyd edək ki, bugün bir daha göründü ki, atəşkəs Azərbaycana qarşı bir oyundur...
Rusiyanın məqsədi aydındır, müttəfiqi, forpostu Ermənistanın özünə gəlməsinə vaxt lazımdır. Təsəvvür edin ki, Moskvaya Azərbaycanlı nazir Ceyhun Bayramovla danışmağa gələn erməni Zöhrab Mnatsakayanın təyyarəsini silah-sursatla doldurub Yerevana yola salıblar.Kəşfiyyat məlumatlarına görə, son iki gündə Rusiya daha iki təyyarə dolu raketlər, tankvuranlar, reaktiv atəş sistemləri göndərərək dağılmış erməni ordusunun arsenalını doldurmağa çalışır.
Yəni, atəşkəs birmənalı şəkildə Ermənistana nəfəs almaq, məhv edilən hərbi arsenalını bərpa etmək üçün lazmdır. Buna görə Paşinyan it kimi yalvarırdı, Prezidentin sözlərilə desək, “onun-bunun ayağının altını yalayardı”...Buna imkan vermək olmaz! Azərbaycan ədalətli sülh axtarışındadır. 27 ildir bunu vasitəçilərdən gözləyib, mümkün olmadığını görüb özü onu bərqərar etməyə qərar verib. Qısa müddətdə düşmənin müdafiə sədlərini darmadağın edib ona böyük bir dərs vermişik.
Terrorçu ordunun minlərlə canlı qüvvəsi, yüzlərlə döyüş texnikası məhv edilib, işğalda olan ərazilərin bir hissəsi azad edilib. Ermənistanda siyasi çaxnaşma, panika yaranıb, orduda fərarilik baş alıb gedir, Qarabağa köçürülmüş ermənilər qaçmağa başlayıb.
Ordumuz beynəlxalq hüquq normalarına uyğun şəkildə işğalda olan əraziləri azad edir! Xalqımız ordumuzun arxasındadır!
Başa düşürük, Azərbaycana təzyiqlər var! Ancaq bütün MİLLƏT Prezidentin arxasındadır, HƏR KƏS ŞƏHİD OLMAĞA HAZIRDIR!
Bugün Ali Baş Komandanın əmri ilə böyükdən kiçiyə hamı silaha sarılmağa hazırdır!Qardaş Türkiyə Azərbaycana mənəvi, siyasi dəstək verir. Açıq şəkildə bəyan edib ki, başqa bir dövlət müdaxilə edərsə, Türkiyə də müharibəyə qoşulacaq!Yəni, artıq bu bir var olmaq və ya yox olmaq mücadiləsidir! Kimin qarşımıza çıxmasından asılı olmayaraq, nə qədər ŞƏHİD verəcəyimizdən asılı olmayaraq, sona qədər gedilməlidir!Zatən Ermənistanın Gəncəni, Mingəçeviri gecə saatlarında atəşə tutmaqla humanitar atəşkəsə tüpürüb.Düşmənin məqsədi aydındır - dinc əhalini qırmaqla ölkədə qorxu, təşviş yaratmaq, xalq-ordu birliyinə zərbə vurmaq, Azərbaycanda növbəti təslimçi atəşkəsə vadar etmək.
Bu məkrli niyyətə Azərbaycan xalqının reaksiyası aydındır! Cavab ƏN SƏRT şəkildə verilməlidir!
Bəzi “rusbaş” deputatların, ekspertlərin “sülh göyərçinləri” donuna girib telekanallarda atəşkəsin vacibliyi barədə təbliğat aparmasına dərhal son verilməli, bu adamların hara xidmət etdiyi aydınlaşdırılmalıdır! Ermənilərin dayanmayacağını bilə-bilə belə fikirlərlə çıxış etmək xəyanətdir, təxribatdır! Görünür, belələri Prezidentin xalqa müraciətində dediyi sözləri unudurlar. Düşməni ağır ifadələrlə tənqid edən ölkə başçısı Qarabağ tam azad olunana qədər Azərbaycan ordusunun DAVAM EDƏCƏYİNİ bəyan edib. Problemin hərbi yolla həllinin mövcud olduğunu, Azərbaycanın Ordusunun gücü ilə öz ərazisini işğaldan azad edəcəyini bildirib!
Ona görə də, heç kim çaşmasın, sapmasın, cəmiyyətin birliyini, diriliyini dağıtmağa çalışmasın!Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını işğaldan azad etməyə qadirdir və edəcək!Qələbə bizimdir!Elçin“AzPolitika.info”