Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həmsədrlərin qanlı əlləri, alqış bəyanatı və bombalanan Gəncə

11-10-2020, 11:10   


Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində çoxlu sayda ölənlər və yaralananlar var. Ermənistan islaholunmaz, terrorçu ölkə olduğunu növbəti dəfə nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur. Gəncəli dinc sakinlər şirin yuxuda ikən düşmən onları hədəfə aldı. Bu da Moskva atəşkəsinə Ermənistandan verilən cavab...
Əslində atəşkəs razılaşmasının BMT qətnamələri kimi kağız üzərində qalacağı elə ilk dəqiqələrdən bəlli idi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazmışdı ki, humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Humanitar atəşkəs bununçün lazım imiş lavrovlara... Azərbaycanı arxayınlaşdırıb işğalçıya hərbi yüklər daşıyırdılar...
10 oktyabr saat 12.00-dan sonra da atəş xəttində ciddi dəyişiklik baş vermədi, Ermənistan ordusunun Ağdamı atəşə tutması nəticəsində 1 dinc sakin həlak oldu, düşmən Tərtərə mərmilər yağdırdı, hələ hərbi mövqelərimizin hədəfə alınmasını, təxribat-diversiya hücumlarının bütün təmas xətti boyunca həyata keçirilməsini bir kənara qoyuram.
Bunlar o vaxt baş verirdi ki, Moskva görüşündə moderatorluq etmiş Rusiya xarici işlər naziri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyana zəng edirdi, atəşkəs razılaşmasına əməl etməyi bərk-bərk tapşırırdı...Təbii ki, onu ağdamlı sakinin həlak olması qəti narahat etməmişdi. Əksinə, o saatlarda xəbər gəldi ki, Minsk Qrupu həmsədrləri Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.
Həmsədrdlər sevincək olublar, alqışlayıblar. Soruşan gərək, nəyi alqışlayırsınız? Erməni ordusundan Azərbaycanın yaşayış məntəqlərinə atılan mərmilərimi? Atəşkəs anlaşmasından sonra davamlı şəkildə Mingəçevirə atılan ballistik raketimi? Bəlkə 1974-cü il təvəllüdlü Ağdam sakininin evindəcə həlak olmasını? Elə bu alqış sədaları altında Ermənistan Gəncədə azı 5 nəfərin həlak olması, 40 nəfərin yaralanmasına səbəb olan mərmi yağışını davam etdirdi...
Alqışınız başınıza dəysin! Əslində o dinc sakinlərin qatilləri həm də sizsiniz! Siz! Həm də sizin əlləriniz bizim dinc sakinlərimizin, hərbçilərimizin qanına bulaşıb! Qanlı əllərinizlə alqışlayın, ermənilər sevinsin! Amma elə alqışlayın ki, əllərinizdən süzülən qan üz-gözünüzü bulaşdırmasın, onsuz da gözləriniz kordur, həqiqətlərimizi görmürsünüz...
Cinayətkar Nikol Paşinyan hökumətinin məram-məqsədi bəllidir. Amma həmsədrlərin mövqeləri heç cür başadüşülən deyil. Azərbaycan prezidenti son çıxışlarından dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar olmayacaq. Dövlət başçısı həmsədrləri kəskin tənqid edib, Fransa prezidentini Azərbaycan xalqından üzr istəməyə çağırıb. Amma vasitəçilər yenə də eyni qiyafədə peyda olmaqdadırlar. Yenə bərabərlik işarəsi qoyulur, işğalçı öz adı ilə çağırılmır.
Bu mərhələdə Rusiyanın əsl məqsədi bəlli oldu. Moskva qoşunlarını Qarabağa yerləşdirmək istəyirmiş. Bu sülhməramlıların “rolunu” Gürcüstandakı münaqişə ocaqlarında görmüşük. Bizə keçməz! Görünür bunun cavabıdır Ermənistandan Gəncəyə atılan raketlər. Rəsmi İrəvan əks təqdirdə başından böyük qələt eləməzdi. Məqsəd savaş xəttinin cinahını iki dövlət sərhədinə keçirməkdir, Tovuz döyüşlərindəki kimi. Prezident Ərdoğan demişkən, bu, Ermənistanın boyunu aşan məsələdir...
Azərbaycan Moskvada humanizm prinspilərindən çıxış edən humanitar atəşkəsə razılaşdı, Ermənistana Qarabağ boyunca səpələnmiş meşitlərini yığışdırmaq üçün şərait yaratdı. Dedi ki, gəlin torpaqlarımızı mundarlayan cəsədlərinizi yığışdırın, müqəddəs yerlərimizdən rədd eləyin! Amma görünür bu, Nikol Paşinyana lazım deyilmiş. Axı, minlərlə gəbərmiş hərbçini görən erməni xalqı o halda sakit oturmayacaqdı. Odur ki, ən yaxşısı aranı yenidən qarışdırmaq, yaxud da Azərbaycanın dinc sakinlərini hədəfə alıb daha çox itkilər verdirməkdir, hakimiyyəti qorumaq üçün. Cavabı artıqlaması ilə veriləcək. Atəşkəs mövzusu qapandı...Həmsədrlərsə ölüblər, “alqışlar”dan sonra səsləri gəlmir. Ermənilərin “Gəncə Ermənistanın qəlbidir” sərsəmləməsinə etiraz etmədikləri kimi, indi də susurlar. Azərbaycan əsgəri cavab verəndə dilləri açılacaq, şivən qoparacaqlar. Olsun, bütün dünya Ermənistanın gerçək simasını növbəti dəfə gördü, Gəncənin dinc sakinlərinin qanı yerdə qalmayacaq heç şübhəsiz...
Ali Baş Komandanımıza, Ordumuza güvənirik!
 

Elşad PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar