
Cəbhənin Füzuli istiqamətində gərginlik davam edir. Şəhər saatlarında kəndlərimiz daha intensiz şəkildə atəşə tutulub.
"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-əməliyyatlar davam edir.
Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini, Zobucuqdakı qəsəbələri ağır artileriyadan atəşə tutub.
Azərbaycan ordusu düşmənin atəş nöqtələrini hədəfə alıb. Səhər saat 9 radələrində düşmən susdurulub.
İlkin MuradovMəhəmməd TürkmənFüzuli, Alıxanlı kəndi