Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ORDUMUZ CƏNUB İSTİQAMƏTİNDƏN HÜCUMA BAŞLAYIB! – Füzulinin azad olunmasına az qalıb!

6-10-2020, 17:50   




Azərbaycan Ordusu bu gün günorta saatlarından başlayaraq, cənub istiqamətindən düşmənin üzərinə irimiqyaslı hücuma başlayıb.
Bu barədə çoxsaylı mənbələr xəbər verir. “AzPolitika”-nın məlumatına görə, bir qədər əvvəl Ermənistanın Müdafiə Nazirliyi də bu hücumla bağlı həyəcan təbili çalıb. Düşmən tərəf həyəcanla bildirir ki, Azərbaycan Ordusu ehtiyat “yüzlərlə texnika və ehtiyat qüvvəni döyüş meydanına yeritməklə”, irimiqyaslı hücuma başlayıb.
Qeyd edək ki, Azərbaycan Ordusu bu istiqamətdə son 2-3 gündə böyük uğurlar əldə edib. Belə ki, 22 kənd və Cəbrayıl şəhəri işğaldan azad olunub. Növbəti hədəf Füzuli və Zəngilan rayonlarıdır.
Azərbaycan xalqı yaxın saatlarda Ali Baş Komandanından növbəti zəfər xəbərlərini gözləyir!
QƏLƏBƏ BİZİM OLACAQ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar