Xəbər verildiyi kimi Azərbaycan ordusu sentyabrın 30-da Ermənistan ordusunun Ağdərə-Madagiz istiqamətindəki qüvvələrinə sarsıdıcı zərbələr endirərək onları darmadağın edib. İgid əsgərlərimiz həmin döyüşdə mövqelərini qoyub qaçan Ermənistan Silahlı Qüvvələrinin 193-cü desant həmlə batalyonunun və hava desant komanda birliyinin döyüş bayraqlarını da ələ keçirib. Bəlli olduğu kimi döyüş bayrağı hər bir ordunun, hərbi birliyin şərəfi, namusu, qeyrəti sayılır. Və indi düşmən artıq qeyrətini (olmayan) də atıb gedir...