15 gündür aclıq aksiyası edən Tofiq Yaqublu: "Artıq ölürəm" - VIDEO
17-09-2020, 08:40
Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər
Video açılmırsa YouTube-dan izləyin. 15 gündür aclıq aksiyası edən Tofiq Yaqubluya qan köçürülüb. Bu gün atası ilə danışdığını deyən Tofiq Yaqublunun qızı Nigar Həzi BBC News Azərbaycancaya bildirib ki, atasının səhhəti daha da ağırlaşıb. Baş nazirin müavini və hakimiyyətdə olan Yeni Azərbaycan partiyasının sədr müavini Əli Əhmədov Tofiq Yaqublunun həbsi barədə öz rəsmi sosial media hesabında yazıb. "Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir", Əli Əhmədov yazıb.
Baş nazirin müavini bildirib ki, Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək.
Müxalifət təmsilçisi Tofiq Yaqublu 4 il 3 aylıq həbs edilib. O, həbsini siyasi motivli oldugunu və şərləndiyini deyərək aclıq aksiyası keçirir. Azərbaycan höküməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.