“Xaliq Faiqoğlu şirkətinə məxsus 79 nömrəli (10TH247) avtobusun sürücüsü qripdir və bu vəziyyətdə xəttə buraxılıb”.Bu haqda jurnalist İlhamə Əli sosial şəbəkədə məlumat yayıb.
Bildirib ki, hadisəni bu gün müşahidə edib: ““BNA və Xaliq Faiqoğlu şirkəti hər gün sürücülər təbii müayinədən keçir, avtobuslar dezinfeksiya olunur” demələri filfilo söhbətdir. Dayanmadan asqıran, burnunun kənarları qıpqırmızı, gözləri qızdırmadan axan sürücüyə deyirəm ki, bu vəziyyətdə niyə iş başındasınız? Axı sərnişinləri yoluxdurursunuz, maskanız da çənədə.
Deyir ki, bu gün səhər belə olmuşam, sabahdan çıxmayacam işə. Sabaha kimi bu avtobusdan istifadə edənləri Allah qorusun”. /Yeni Sabah/