
Ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi davam edir. Nazirlər Kabinetinin son qərarına əsasən, sərtləşdirilmiş karantin rejimi 31 avqusta qədər qüvvədədir.Qərar Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonlarında qüvvədədir. Bu gün isə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən bölgələrdən həftəsonu rayonlara ezamiyyət üçün gedən şəxslərə xəbərlıq edib. DİN Baş DYP İdarəsinin xəbərdarlığında bildirilir ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar. DİN Baş DYP İdarəsinin sözügedən qərarı birmənalı qarşılanmayıb.Belə ki, mövcud durumda şənbə və bazar günləri işləyən qurumlar, hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanları, xəstəxanalar, təcili tibbi yardım müəssisələri, sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti, kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası), elektrik enerjisinin istehsalı və təchizatı, meliorasiya və su təsərrüfatı, rabitə xidmətləri, teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti, çörək məsullarının istehsalı müəssisələri istisna olmaqla, heç bir xidmət sahəsi şənbə və bazar günləri rəsmi olaraq işləmir. Yeni qərara görə isə yuxarıda göstərilən xidmət sahələrindən işləyənlərdən başqa heç kim şənbə və bazar günü ezamiyyətə çıxa bilməyəcək.
Maraqlıdır, bu yanaşma nə dərəcədə doğrudur? İnsanların işinə, fəaliyyətinə necə təsir edəcək?Sosioloq Əhməd Qəşəmoğlu
Cebhe.info-ya açıqlamasında deyib ki, koronavirusdan sonra maraqlı proseslər gedir:
“Çünki biz hər cür çalışmalıyıq ki, insanların həyatında rahatlıq yaradan amillərə daha çox fikir verək. Onsuz da koronavirus insanlarda gərginlik, problem yaradır. Əgər insanların şənbə-bazar günlərində ezamiyyətə getməsində xəstəliyin yayılması ilə bağlı təhlükə varsa, məhdulaşdırma üçün işlər görülsə, yaxşı olar. Çünki qurunun oduna yaş da yanır. Həmin vaxtda rayonda vacib işi olan adamlar olur, boş vaxtından istifadə etmək istəyənlər olur. Amma indi çox kəskin qərarlar vermək daha çox dəbdədir. Düşünüb qərarları elə qəbul etmək lazımdır ki, insanların həyatında daha çox rahatçılıq yaransın. Amma biz həmişə çalışırıq ki, qısa, asan yolla məsələni həll edək, insanların rahatlığını arxa plana keçirək”.Ə.Qəşəmoğlu onu da əlavə edib ki, istənilən məhdudiyyəti tətbiq edəndə, eyni zamanda onun elə variantlarını fikirləşməlidirlər, bu çətin vaxtda, insanların onsuz da həm psixoloji, həm iqtisadi, həm də sosial gərginlik içərisində olduğu dönəmdə alternativ variant olsun:
“
Kəskin şəkildə birbaşa heç kim getməsin demək çox primitiv, alternativi olmayan variantdır. Ona görə də düşünürəm ki, bu məsələni qərar qəbul etməmişdən əvvəl dərindən təhlil edib alternativ yollar axtarmaq lazım idi”.Vilayət Muxtar