Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Pandemiya dövrüdür, pul qazanmaq dövrü deyil” - Adil Qeybulla

28-08-2020, 13:22   






"Sosial həyatın bütün sahələri fəallaşmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor bildirib ki, Azərbaycan Həkimləri İctimai Birliyi olaraq dərslərin açılmasının tərəfdarıdırlar:


"Təhsil əyani şəkildə başlamalıdır. Sosial həyatın bütün sahələri fəallaşmalıdır. "Evdə qal” karantininə qəti qayıtmaq olmaz. Bir də vətəndaşlara maarifləndirmə işləri aparılmalıdır. Qapalı yerlərdə karantin qaydalarına əməl edilməsinə ciddi nəzarət edilməlidir. İctimai nəqliyyat qaydaya salınmalıdır. Bakı Nəqliyyat Agentliyinin işçiləri küçələrdə maska çəkməkdən başqa işləri yoxdur. Bunlar avtobuslarda qayda-qanun yaratmalıdırlar. Pandemiya dövrüdür, pul qazanmaq dövrü deyil”.
Adil Qeybulla bildirib ki, metronun açılması bərpa olunmalıdır:
"Virus getdikcə zəifləyir. Payızın sonunda yoxa çıxacaq. Ona kimi karantin qaydalarına riayət etməklə, pandemiya ilə birlikdə bu həyatda yaşamağı bacarmalıyıq”.
Bahar Rüstəmli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar