Xüsusi qayğıya ehtiyacı olan, internat tipli məktəblər sentyabrın 15-dən Oktyabrın 1-dək mərhələli şəkildə açılması planlaşdırılır.Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı protokollar hazırlanır. Operativ Qərargah tərəfindən razılaşdırıldıqdan sonra, ictimaiyyətə məlumat veriləcək:
"Eyni zamanda peşə təhsili müəssisələrində peşə komponentli qruplarda dərslər ənəvi qaydada keçirəcək.
Lakin ali məktəblərdə 15 sentyabrdan dərslər onlayn qaydada keçiriləcək. Oktyabrın 1-dən isə birinci kursa qəbul olan tələbələrin universitetlərlə tanışlığı məqsədilə ənəvəni qaydada dərslərin keçirilməsi planlaşdırılır.
Eyni zamanda laboratoriya işi tələb edən ixtisaslarda (məsələn, tibb) ənənəvi təşkili planlaşdırılır. 1 oktyabrdan sonra bununla bağlı qərar fərqli formada verilə bilər".