Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda karantin rejimi uzadılır?

26-08-2020, 13:50   


Azərbaycanda karantin rejimi uzadılır?

Nazirlər Kabineti Azərbaycanda koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan karantin rejimin müddəti 31 avqusta qədər uzadılması ilə bağlı qərar vermişdi.
Cebhe.info xəbər verir ki, bu gün isə Baş nazir Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edib. Baş nazirin imzaladığı qərara əsasən, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.
Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonunda keçirilməsi nəzərdə tutulan brifinqdə bir sıra yumşalmalarla yanaşı, ümumi karantin rejimin oktyabrın 1-nə qədər uzadılması gözlənilir. Baş nazirin son qərarı da bunu deməyə əsas verir.
Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar