Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? – AÇIQLAMA

26-08-2020, 12:35   


Rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İstanbul, Berlin və London şəhərlərinə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xüsusi reysləri ilə səyahət etməyi planlaşdıran sərnişinlər çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərlər.
Məlumata görə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: 2-si 32 kq + 10 kq, VIP klubun üzvləri isə 4 ədəd baqaj: 3-ü 32 kq + 10 kq götürə bilərlər.
Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, notbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.
Maraqlıdır, niyə Bakıdan İstanbul, Berlin və Londona getməyə icazə olduğu halda rayonlara yoxdur?
Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, qeyd olunan səfərlər müəyyən şərtlər daxilində təşkil olunur:
"Bilirsiz ki, xarici ölkələrə gedən şəxslər test müayinəsindən keçirlər və yalnız nəticəsi neqativ olanlar ölkə xaricinə gedə bilərlər. Lakin rayonlara bunu tətbiq etmək hələlik bir qədər çətindir. Bundan əlavə icazə verən şəxslər yoluxma sayını, statistikanı nəzərə alaraq bu qərarı veriblər".
Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar