Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Mən etdiyim işi heç vaxt gizlətmirəm..." — Ziya Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyundan DANIŞDI

22-08-2020, 17:35   


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. 

Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

"O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir".

Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

"O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub".

Zaur Hacılı
Demokrat.az 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar