Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Biletləri dəyişdirmək mümkün olacaq? - Açıqlama

11-06-2020, 18:02   

 


   
Azərbaycan Respublikasının ərazisində bilet almış şəxslər biletlərini Azərbaycan Hava Yollarından yeni biletlərə dəyişdirə biləcəklər.
Axar.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
Onun sözlərinə görə, biletlər vauçer şəklində qaytarıla bilər:
"Əgər vətəndaşlar vauçer almağa razılaşmasalar, Azərbaycan Hava Yollarının beynəlxalq uçuşlar açılandan 60 gün sonra biletin məbləğinin geri qaytarılması nəzərdə tutulur".
Eldar Hacıyev səfərdən qayıdanların karantində saxlanması məsələsinə də münasibət bildirib:
"Bütün sərnişinlər qayıtdıqdan sonra 48 saat qüvvədə olan COVİD arayışı almalıdırlar, bu zaman karantində qalmağa ehtiyac olmayacaq. Ola bilər ki, çarter uçuşlarına da bu tətbiq olunsun".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar