Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya uçan, bileti olan şəxslər pulsuz olaraq koronavirus testindən keçiriləcək.
Musavat.com xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.
E.Hacıyev bildirib ki, uçuşa 72 saat qalmış satış dayandırılacaq.
Onun sözlərinə görə, TƏBİB tərəfindən 48 saat ərzində testin nəticələri açıqlanacaq.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, testinin nəticəsi neqativ çıxan şəxslər uçuşdan sonra mənzil başında tibbi müayinədən keçirilərək evə yola salınacaqlar. Həmin şəxslərə ev şəraitində müalicə məsləhət görüləcək.
İlkin Muradov
Musavat.com