Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DİN: Bakı, Sumqayıt və Abşeronda quraşdırılmış xüsusi polis postları götürülüb

18-05-2020, 10:29   


“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər: "Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar