Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş prokuror bütün köməkçilərini işdən azad etdi

18-05-2020, 08:41   

 

Baş prokuror Kamran Əliyev bütün köməkçilərini - Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib. Bu barədə yerli KİV məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, işdən azad olunan Baş prokuror köməkçiləri başqa vəzifələrə təyin olunublar.

Eldar Sultanov əlavə edib ki, daha ətraflı məlumat sabah veriləcək.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar