Sizin Reklam Burada
Tel: 050 378-66-61

QORXUDAN PREZİDENTƏ ÜNVANLANAN MƏKTUB

24-04-2020, 20:59   
 

Mövzuya niyə qayıtmalı oldum? Səbəb Ramiz Mehdiyevin prezident İlham Əliyevə müraciət məktubundan sonra yarandı. Az sonra izahını verəcəyəm.
Anaxeber.info yazır ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu sabiq PA rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev haqda facebook-da yazıb.
   
    Ayna.az saytında Ramiz Mehdiyevin dünyanın nəhəng simaları ilə müqayisə edilməsi və onlara bərabər tutulması ölkədə böyük rezonans doğurub. Ağlasığmaz bir işə imza atılıb. Dövlət rəhbərində qətiyyət varsa Ramiz Mehdiyevə yerini mütləq göstərməlidir. Məqalənin Mehdiyevdən xəbərsiz qələmə alınıb çap olunması inandırıcı deyil. Görünür, özünü tarixə Azərbaycanın əsl xilaskarı kimi salmaq niyyəti onu yerindən oynadıb. Ürəyində qalar arzusu!!!
Azərbaycanı Kəbəsi, Heydər Əliyevi Qibləsi sayan adamın saxtakarlığını təsdiq edəcək fakt gözümüzün önündədir. Acı bağırsaq kimi uzadılan yazını diqqətlə oxusanız başlıqla məzmunun bir-birindən hansı səviyyədə fərqləndiyini özünüz görəcəksiniz.
Məhşur Azərbaycan intiriqanını Çingiz Xandan tutmuş Şah İsmayıl Xətai, Atatürk və digər böyük sərkərdələrlə bir sırada görən yazı müəllifinin mövqeyi yalnız insanda heyrət yarada bilir. Müəllifin bununla kifayətlənməyib daha irəli gedərək Ramiz Mehdiyevi dünya fəlsəfə tarixinə silinməz töhfələr verən korifeylərlə eyni elmi şöhrətin və zirvənin sahibi olduğu qismində dəyərləndirməsi və onu xalqın beyninə bu şəkildə yeritməklə hansı məqsədi güdür?
Hər şey ortadadır. Ona görə də əlavə suallar ətrafında vaxt itirməyə dəyməz. Əgər Mehdiyevin yarısı qədər kiməsə bu cür epitetlər yapışdırılsaydı, dövlət rəhbərliyi yenəmi heç bir reaksiya nümayiş etdirməzdi?! İnanmıram. Həmin adamın qabırğalarına qədər sökdürərdi. Bəs niyə Mehdiyevə dözümlülük göstərilir?
Ancaq qurbağa gölünə deyəsən, xəlvəti daş atılıb, ya da yazının mənfi qarşılandığı Ramiz Mehdiyevi məcburi addım atmağa sövq edib. Məktub cox böyük ehtimalla prezidentin narazılığını azaltmağa yönəlik bir vasitə olaraq diqqəti cəlb edir. Ölkə rəhbərliyinin koronavirusla mübarizəsini tərifləyəndən sonra saxtakarcasına öz təklifini verir.
Guya Elmlər Akademiyasının əməkdaşları onun rəhbərliyi altında koronavirusun ləğvi məqsədilə öz proqnozlarını hazırlayıb dövlət başçısına təqdim etmək arzusundadırlar. Baxın bu çoxsifətli adamın riyakarlığına! Əvəzi yoxdur! İlişib yəqin Azərbaycanın Çingiz Xanı, Şah İsmayılı, nəhayət, Atatürkü! Ona görə də qorxu canına elə vəlvələ salıb ki, bu biabırçı məktubu prezidentə ünvanlamaqdan başqa yolu qalmayıb. Bir az keçər peşəkar intiriqan MEA-da altını üstünə çevirər...
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar