9 fevral növbədənkənar parlament seçkiləri artıq həm aktivliyi, həm də siyasi sürprizləri ilə diqqət cəkir. Maraqlı məqamlardan biri də hakim komandadan kənar siyasi qüvvələrin seçkidə iştirak prinsipləridir. Belə ki, heç bir blok yaratmayan bu qüvvələr həm də əvvəlki illərdən fərqli olaraq bir biri ilə dairələrdə namizədləri razılaşdırmamaqla diqqət çəkir. iki ''xlebnik'' 15 saylı dairədən biri-birinə rəqibdirlər - Arif Hacılı və Sərdar Cəlaloğlu. İki tanınmış jurnalist və iki dost - Zahir Əzəmət və Ceyhun Musaoğlu isə 45 saylı dairədə yarışacaq. Belə sürpriz hallardan biri də 35 saylı Xətai 3-cü seçki dairəsində yaşanır. Belə ki, bu dairədə artıq imzatoplama prosesini başa çatdırmaqda olan Ümid partiyasının sədri İqbal Ağazadəyə qarşı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz namizədliyini irəli sürüb. Əlbəttə, hüquq hər bir vətəndaşın istənilən dairədən namizədliyini irəli sürərərək seçki mübarizəsində iştirakinə yol verir. Amma həm həyatda, həm də siyasətdə bəzən hququn qadağan etmədiyi, amma yazılmamış qanunların yol vermədiyi prinsiplər də var. İqbal Ağazadə və Rauf Arifoğlunun 2003-cü il məhbəs yoldaşlığından sonra, həm də yaxın dost olduqları Azərbaycan ictimaiyyətinə bəllidir. Seçki bir mübarizədir. Yeri gəldikdə, raqibinə zərbə vurmağın qaçılmaz olduğu bir mübarizə. Sözügedən dairədə Ümid sədri artıq xeyli müddətdir ki, namzədliyini açıqlamışdı. Rauf Arifoğlununun günlər sonra bu dairəni seçməsi “məhbəs yoldaşı” və dostuna belə bir zərbəni vurmağa hazır olduğunun göstəricisidir həm də.Əlbəttə heç bir dairə heç bir şəxsin boyuna biçilməyib. O cümlədən 35 saylı Xətai 3-cü seçki dairəsi də İqbal ağazadənin xüsusi mülkiyyəti deyil. Bəli, amma bu həqiqət Rauf Arifoğlunun “Hansı dairədən namizədliyimi versəydim, belə olacaqdı və oralarda da mütləq kimsə tapılacaqdı ki, desin, "Rauf Arifoğlu niyə gəldi?" arqumentinə haqq qazandırmır. Əksinə haqlı olraq , “rauf Arifoğlu hazırda SOCAR prezidenti Rövnəq Abdullayevin dairəsindən namizədliyini niyə irəli sürmür?” deyə suallar yaradır. Axı 25 saylı Nizami II seçki dairəsi baş redaktor üçün daha münasib olmalıydı. Namizədliyini irəli sürdükdən sonra açıqlamalarındakı iddialar Rauf Arifoğlu üçün çətin və mümkünsüz dairənin olmadığından xəbər verir. Bu məlumata bir məqamı da əlavə edək ki, günahın kimdə olmasından asılı olmayaraq bu gün müxalif düşərgənin böyük bir hissəsi ilə baş redaktorun münasibətləri soyuqdur. Bu səbəbdən 125 dairə içərisində dostuna rəqib olmaq məntiqinin ancaq bir yozumu ola bilər: NAĞD ALInan mandat seçki mübarizəsi... Bütün bunlar məsələnin məntiqi və qismən siyasi tərəfləri. Amma “yanlış da bir naxışdır” deyiblər. Nə qədər ritorik olsa da, məhz Xətai seçki dairəsində bu iki dostun (yəqin artıq keçmiş demək olar) üz-üzə gəlməsi də bir zərurətdir. Əslində bu gün tarixi ərazisinin çox kiçik bir hissəsində dövlət qurub, onun da 20 faizinə sahiblənə bilməyən ölkənin siyasiləri də, aydınları da, sadə vətəndaşları da simvolik olaraq Xətai ruhu qarşısında bir sorğu suala çəkilməli, imtahan verməlidir. Arzuladığımız Azərbaycan bu imtahandan qalib çıxanlarla qurulan məmləkət ola bilər. Düzdür, belə anda elə Şah babamızın “yol daşını yoldaçına, atma qardaş, kərəm eylə” kəlamına da əməl etmək olardı. Amma neyləməli? İllər öncə Əbülfəz Elçibəyin “mən bu insanla qəbirstanlığa da getmərəm” qəzəbini yadda saxlayaraq İqbal Ağazdə Rauf Arifoğlu ilə bir dairədən seçki mübarizəsində iştiraka məhkumdur. “Görəlim mövlam neylər, neylərsə gözəl eylər...”
Şahin ƏhmədovSiam.az