Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

YAÇ-2019: Zenfira Həşimova yarımfinalda / YENİLƏNİR

19-06-2019, 18:11   
 


İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub. 
Yarışa 1/4 finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçiriləcək.
Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk mərhələdə bolqar rəqibinə birinci hissədə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Belarus idmançısıyla bacarmayıb.
Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub.
Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığma üzvü ilk görüşdə ispan güləşçini "tuşe" ilə məyus edib. Ancaq daha sonra ukraynalı rəqibinə məğlub olub.



43 kq
1/4 final - Zenfira Həşimova - Valentina Haroşka (BLR) 8:0
1/2 final - Zenfira Həşimova - Aida Kərimova (UKR)

49 kq
Təsnifat - Gültəkin Şirinova - Fatme Tahir Şaban (BUL) 8:0 (tuşe)
1/4 final - Gültəkin Şirinova - Anastasiya Yanotava (BLR) 2:14

57 kq
1/8 final - Birgül Soltanova - Kristina Sokolovska (UKR) 4:6

65 kq
1/8 final - Nigar Mirzəzadə - Andrea Molina Rodriges (ESP) 2:4 (tuşe)
1/4 final - Nigar Mirzəzadə - Yevgeniya Siedix (UKR) 0:4 (tuşe)

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/european-championships-8?tab=results
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar