Bakı sakini Çingiz QədirovAnaxeber.info-ya bildirmişdi ki, avtoqəzada maşınına dəyən ziyan 13 580 manat olub. Amma “Bakı Sığorta” ASC cəmi 1150 manat kompensasiya verib. Bu haqda şikayət saytımızda dərc olunub və sığorta şirkətinin adı texniki xətaya yol verilərək səhv yazılıb. Məlum olub ki, söhbət “Bakı Sığorta” ASC şirkətindən getmir və əməkdaşımız yazını hazırlayarkən yanlışlığa yol verib. Yaxın vaxtlarda vətəndaşın şikayət etdiyi sığorta şirkətinin adını dəqiqləşdirib məlumat verəcəyik.
Onu da deyək ki, "Bakı Sığorta" ASC-nin Mərkəzi Bank sədri Elman Rüstəmova məxsus olması haqda iddiaların kökündən əsassız və yalan olduğu aydınlaşıb. Bu yanlışlığa görə üzrxahlığımızı bildiririk.