Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

''Kennedinin azərbaycanlı qatili'' -– Mif və reallıq

25-12-2017, 09:39   



Son günlər bir sıra sayt və portalların baş mövzularından biri “Trans Broker” MMC və Əbülfəz Məlikovdur. Əsas mövzu xətti isə Broker adlı qrumun gömrük soistemindəki qanunsuzluqları və Ə.Məlikova yönəlik ittihamlardır. Bu şəxs daha nələrdə ittiham olunmur ki: ölkədən milyonlar çıxarmaqdan tutmuş, düşmən ölkə ilə əməkdaşlığa, gömrük monopoliyasından tutmuş siyasi xəyanətə qədər ən sərt ittihamların ünvanı məhz Əbülfəz Məlikov oldu. Bütün bunlardan sonra bircə XX əsrin ən faili-məchul cinayəti olan ABŞ prezidenti Kennedinin qətlini bu adamın üstünə yıxmaq qalır. Media olaraq bunu da etsək həm bu qətllə maraqlanan insanlar, həm də ABŞ FTB-i üçün savab iş görmüş olarıq. Əslində isə, gerçəklik necədir. Əbülfəz Məlikovun şəffaf və tam qanuni fəaliyyətini hökm kimi irəli sürmürük, amma cumhuriyyet.az olaraq əldə etdiyimiz bəzi məlumatları da diqqətə çatdırmağı vacib bilirik:
Əvvəla, artıq bir ilə yaxındır ki, gömrükdə “Broker” kabusu mövcud deyil. Ölkə rəhbərliyinin gömrük və vergi orqanlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrə son qoyması, inhisarçılığın aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi prosesi çərçivəsində bu qurumun hökmranlığı ortadan qaldırıldı.
İkincisi, Əbülfəz Məlikov məntiqi olaraq bu qurumun rəhbəri deyil. Bununla bağlı cumhuriyyet.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, adı çəkilən şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bir sahibkardan bu boyda kabus düzəldilməsi ağlabatan deyil.
Və nəhayət sonuncusu, əgər Ə.Məlikov doğudan da deyilən əməllərə imza atıbsa niyə hədəfdə yalnız o tutulur. Axı bütün bunlardan medianın xəbəri varsa və yazılanlar həqiqətdirsə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, hüquq mühafizə orqanları da eyni qaydada tənqid olunmalıdır.
Sonda bir məqamı da xatırlatmaq yerinə düşər. Şamaxı rayonunun bir kənd sakini olaraq sahibkar kimi uğurlar qazanan Ə.Məlikovun yardım etdiyi kasıb ailələr, imkansız uşaqların kiçik toylarını təşkil etməsi, təhsil xərclərini qarşıladığı tələbələrdən də bəhs etmək bu qədərmi çətindir? Yoxsa bunca “cinayət”lərdən xəbər tutan media həmin məlumatları əldə edə bilmir?….
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar