Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Abdin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirilmədi-«qanun», korrupsioneri müdafiə etdi-SON ÇARƏ

21-12-2017, 10:04   




Abdin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirilmədi-«qanun», korrupsioneri müdafiə etdi-SON ÇARƏ



Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti,

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,

Heydər Əliyev Fondunun Prezidenti

Birinci Xanım Mehriban Əliyevaya

HÖRMƏTLİ BIRINCI XANIM!

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət vədövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı olduğu halda,Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev“MUMYALANMIŞ TOXUNULMAZLIQ” statusuna malikdir.

Bu status necə təsis edilmişdir? – Bu status, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərəncamları ilə təyin edilən və yaxud hakimiyyətdə təmsil olunan, ancaq dövlətə, dövlətçiliyə, xalqın mənafeyinə və s. zidd olan, çirkli pullar hərisi, qeyri-sağlam əqidəli məmurlar tərəfindən formalaşdırılır və insanların şüuruna yeridilir.

NərimanovRİH-in başçısı Abdin Fərzəliyev nəyə görə “MUMYALANMIŞTOXUNULMAZLIQ” statusu almışdır? – Abdin Fərzəliyev ilk növbədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti ilə qohumluq əlaqəsi mövcuddur, onun sərəncamları ilə bir vəzifədən digər vəzifələrə təyin olunan vəmüxtəlif dövət mükafatları ilə təltif olunmuş, YAP Siyasi Şurasının və Milli Olimpiya Komitəsində İcraiyyə Komitəsinin üzvü, Nərimanov RİH-inbaşçısıdır və s..Bu statusu fomalaşdıranlar çirkin şəxsi istəkləri naminə, yuxarıda göstərilən titullardan “MUMYALANMIŞ TOXUNULMAZLIQ” statusuna “bazis” kimi istifadə edərək,Abdin Fərzəliyevinaşağıdakı qanunsuz əməllərinənəinki şəbəkə halında himayədarlıq edirlər, həttabelə əməllərə şərait yaratmaqdadırlar:

Abdin Fərzəliyev ÇOVDAROVÇULARDAN daha dəhşətli və mütəşəkkil olan FƏRZƏLİYEVÇİLƏR formalaşdırmışdır;
vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə, mütəşəkkül korrupsiya və dələduzluq yolu ilə pullarını mənimsəməyin ideyaçısı, təşkilatçısı və birbaşa icraçısıdır;
mülkiyyətdən insan və vətəndaş hüquqları, azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə məharətlə istifadə edir;
korrupsiyanın yeni modelinin – korrupsiyanın quldurluqla sintezinin müəllifidir;
heyvanları güllələmək kimi qəddarlıq və rəhmsizlik əməllərini, hətta Allah tərəfindən əlil olan və sosial vəziyyətləri çətin olan ailələrə də tətbiq etməklə onların mülkiyyətlərini mənimsəmiş, onları sağalmaz sosial bəlalara düçar etmişdir və s..
Belə ki, yaşayış binalarının və evlərin tikintisinə rəvac vermək, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görməkdövlət siyasətiolduğu halda, Bakı şəhəriNərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin(Az. GƏC) sədri Səmyar Abdullayev öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməkləsosial vəziyyətləri çətin olan 160 ailəni

bizləri) “ev vermək” adı ilə aldadaraq, onların kiçik evlərini və torpaq sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırıb, dövlətlayihələrinəuyğunolaraqsökülmüşevlərinə görə aldıqları və s. 8 (səkkiz) milyon manat pullarını mənimsəmişlər.

Bu şəxslərin rəhbəliyi və təşkilatçılığı ilə FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkül korrupsiya və dələduzluq fəaliyyəti əsasən “PİRAMİDA” formasında təşkil olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-inbaşçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Az. GƏC-in sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları, Məzahir Nəsibov və onun kimi ayrı-ayrı qeyri-sağlam əqidəyə malik şəxslər olmuşlar. Bakı şəhəriNərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az. GƏC-in sədri Səmyar Abdullayev bu mütəşəkkil cinayətkar qrupun ideyaçıları, təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar. Belə bir səbəb üzündən də, Bakı şəhəriNərimanov RİH-in adı “korrupsiya və dələduzluq universiteti” kimi məşhurlaşmışdır.

Adı çəkilən şəxslər olduqca böyük və bağışlanılmaz cinayət hadisəsini həyata keçirmək üçün Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində- F.Yusifov küçəsi, 40 ünvanında tikilən 12 mərtəbəli 132 mənzilli binanınyuxarıdakı 8 mərtəbəsini bizlərə satış kimi alət etmişlər. Bu məqsədlə, yuxarıda adları çəkilən dövlət məmurları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, onlar saxta və qanunsuz dövlət sənədləri hazırlamaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən əlil olmayan 160 şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi göstərmişlər. Bununla da hər birimizin ailəsini qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus yataqxanaya qeydiyyata almışlar və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizim hər birimizi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürmüşlər.

Beləliklə, dövlət məmurları və dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında aidiyyatı vəzifəli şəxslər tərəfindən törədilən yuxarıda göstərilən cinayətin məqsədi sosial vəziyyətləri çətin olan ailələrin (bizlərin) pullarını mənimsəmək, mahiyyəti isə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə sosial vəziyyətləri çətin olan ailələrdən (bizlərdən) mənimsədikləri pulları öz şəxsi məqsədləri üçün istifadə etməkləriolmuşdur. Bu baxımdan hesab edirik ki, baş vermiş cinayətin əsas amili korrupsiyadır. Dələduzluq faktları isə korrupsiya nəticəsində baş vermişdir.

FƏRZƏLİYEVÇİLƏRİN yuxarıda göstərilən korrupsiya və dələduzluq əməlləri aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi, mənimsədikləri 8 (səkkiz) milyon manata tam sahib olmaq, özlərinin və korrupsiyanın gücünün nümayiş etdirmək məqsədilə pullarını mənimsədikləri insanlara məlumat verilmədən onların barəsində hazırlanmış bütün sənədləri, o cümlədən mənzil növbəliliyi barədə özlərinin verdikləri sərəncamları, əvvəlki qeydiyyatlarımız bərpa olunmadan vətəndaşlıq qeydiyyatlarını ləğv etmişlər. Özlərinin ortağı olan və 160 nəfərdən

birbaşa pulların alınmasında iştirak edən Məzahir Nəsibovu isə Almaniyada yaşamağa göndərmişlər.

Bu göstərilənlərlə yanaşı, FƏRZƏLİYEVÇİLƏR özlərinin mütəşəkkil korrupsiya və dələduzluq əməllərini Məzahir Nəsibovun üzərinə yönəltməklə, onun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci – “Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açdırmış və dələduz Məzahir Nəsibovun isə Respublikada olmadığı (qəsdən gətirilmir) nəzərə alınaraq, cinayət işini Nərimanov RPİ-də dayandırtdırmışlar.

Nəhayət, 1 il 6 aydan sonra – 2017-ci ilin may ayında həmin məsələ yenidən baxılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir.

Hal-hazırda FƏRZƏLİYEVÇİLƏR tərəfindən planlı və məqsədli şəkildə törədilmişolduqca böyük və bağışlanılmaz cinayət hadisəsinə yüksək səviyyəli dövlət məmurları və Baş Prokuror tərəfindən şəbəkə halında himayədarlıq edilir. Bunun da nəticəsində Korrupsiya qarşı Mübarizə Baş idarəsində də aparılan istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etmir. Belə ki, həmin cinayət işi üzrə araşdırma aşağıdakı 2 hissəyə bölünmüşdür:

I HİSSƏ – mütəşəkkil korrupsiya və dələduzduqdan yayınma, ana xətt: baş vermiş mütəşəkkil korrupsiyanın əsas fiquru olan Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin “toxunulmazlığı” gözlənilir. Bu baxımdan da dövlət məmurları tərəfindən, o cümlədən birbaşa Abdin Fərzəliyevin iştirakı ilə normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla hazırlanmış əsassız və saxta sənədlərə və bizlərdən 8 (səkkiz) milyon manatın alınmasına səbəb olan Abdin Fərzəliyevin qanunsuz sərəncamlarına, bu işin sayca 10 nəfərdən çox olan “makler”lərinin dələduzuq əməllərinə hüquqi qiymət verilmir. Baxmayaraq ki, istintaq zamanı dövlət məmurları tərəfindən Respublikanın müxtəlif regionlarından olan 160 sosial vəziyyətləri çətin olan (kasıb) ailələrin dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə olunaraq, mənzil verilməsi adı ilə 8 (səkkiz) milyon manat pullarının mənimsənilməsi faktı öz təsdiqini tapmışdır.
Almaniya dövlətinə göndərilən cinayətkar Məzahir Nəsibovun tutularaq AzərbaycanRespublikasınagətirilməsibarədə09.07.2016-ci il tarixdə məhkəməqərarınınolmasınabaxmayaraq, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin qeyri-sağlam məqsədli fəaliyyəti nəticəsində adıçəkiləncinayətkarbugünədəkqəsdənAzərbaycanagətirilmir. Hüquq mühafizə orqanları əməkdaşları həmin cinayətkarın məskunlaşdığı ərazi barəsində dəqiq məlumata malikdirlər, hətta onunla skype və telefon danışıqları da mövcuddur;

II HİSSƏ – Reportyor.org xəbər verir ki ,baş vermiş mütəşəkkil korrupsiyanı ictimaiyyətdən gizlətmək məqsədilə bizlərin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin yataqxanasına qanunsuz olaraq qeydiyyata alınmağımızın Abdin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirməyən hissəsi üzrə araşdırma aparılmış və bu prosesdə baş vermiş korrupsiya cinayəti 3 nəfərin (Nərimanov RİH-inSənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisinə, Az. GƏC-in sədri Səmyar Abdullayevə (halbuki bu şəxs sırf korrupsionerlərdən biridir) və həmin cəmiyyətin kiçik bir işçisinə) Azərbaycan Respublikası CM-nindələduzluq və

vəzifə saxtakarlığı(178.3.2 və 313-cü) maddələrilə ittiham olunması ilə yekunlaşdırılmışdır.
Bu qeyd olunanlarla əlaqədar sual olunur:

dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz sərəncamların verilməsinə səbəb olan 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi – korrupsiya amili deyilmi?
Bununla da hesab etmək olar ki, Korrupsiya qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılan istintaq da Nərimanov RİH başçısı Abdin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN “eviniz olacaq” adıyla 160 ailəni aldadaraq mənimsədikləri 8 milyon manata tam sahib olmasına köməklik məqsədi daşıyır.

Bu göstərilənlərlə bağlı 2 ilə yaxın müddətdir ki, saysız-hesabsız faktlarla dəfələrlə (700-dən çox) Sizə, Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarına, Milli Məclisinə (hətta 125 deputatın hər birinə), Ombudsmanına, Konstitutsiya Məhkəməsinə olan müraciətlərimizə, keçirilmiş qısamüddətli mədəni piketlərdə, ölkə mediasında – internet TV-lərdə, saytlarda və qəzetlərdə silsiləli olaraq işıqlandırılmasına baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər FƏRZƏLİYEVÇİLƏR barədə heç bir tədbir görülməmiş, onların dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi zərərlərə göz yumulmuş və onların fəaliyyətlərinə heç bir hüquqi qiymət verilməmişdir.

Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmalı olduğu halda, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az. GƏC-in sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməlləri sayəsində bizim ailələr 7 (yeddi) ildir ki, acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında və kirayələrdə yaşayırlar. Acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuşuq, intihar vəziyyətlərinə çatdırılmışıq, hətta bu və bu kimi səbəblərdən dünyasını dəyişənlərdə olmuşdur. XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq.

Bu yuxarıda göstərilənlərdən belə qənatə gəlmək olar ki, Abdin Fərzəliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilməsi FƏRZƏLIYEVÇILƏRƏ əlavə olaraq fövqaladə divident qazandırmışdır. Bundan sonra, yəqin ki, Abdin Fərzəliyevin insanları korrupsiya məngənəsində sıxmaq planlarını, onun bahalı silahları ilə insan ovu əvəz edəcəkdir. O, sürü ilə olan itlərini insan əti ilə yemləyəcək, ovladıqları insanların mənzillərini isə quldurcasına tar-mar etdirəcəkdir.

Artıq, Azərbaycanda əlaqədar dövlət məmurlarının qeyri-sağlam məqsədli fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə «ədalətli» hökmdar olmasına dözmək mümkün deyl.

HÖRMƏTLİ BIRINCI XANIM!2 ildir ki, korrupsionerlərin və korrupsiyanın müdafiə edilməsi bizi hüquqsuz və ac-suz çöllərdə yaşamağa məcbur etmişdir. Bu nə vaxta qədər davam adəcək? Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tətbiqinə nə vaxtdan başlanılacaq?

Bakı şəhəri Nərimanov Rayon İcra Başçısının karrupsiyasının qurbanları.

Reportyor.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar