
SALAM HÖRMƏTLİ anaxeber.info -ın REDAKSİYA HEYƏTİ, saytınızda Bakı şəhəri Nizami rayonunda 214 saylı məktəbin direktoru olan Ağayeva Esmira Azər qızının
repititorluqla məşğul olan müəllimlərdən uşaq sayına uyğun pul yığmasından yazılmışdır. Bu məqalə
valideyn tərəfindən yazılsa da, biz məktəbin müəllimləri olaraq bunu təsdiq edirik. Biz müəllim kollektivi
olaraq ictimaiyyətə direktorun özbaşınalığını çatdırmaq istərdik.
Ağayeva Esmira Azər qızı 214 saylı məktəbə yeni direktor təyin olunduğu gündən, repititorluq edən
müəllimlərdən həqiqətən uşaq sayına uyğun 10 manatdan pul toplamağa başladı. Guya yığılan pullar
məktəbin saxlanması üçün Nazirlik tərəfindən tələb olunur. Nazirlik guya bu pulları məktəbin təmirinə və
baxımına xərcləyir. Biz müəllim heyəti olaraq istər-istəməz narazıçılığımızı bildirdik. Narazı olan
müəllimlərə qarşı direktor tərəfindən təxribatlar, kompromatlar toplanmağa başlandı. Direktor
müəllimləri siniflərə quraşdırılmış kameralardan izləməyə başladı. Bütün gününü kabinetindən çıxmayan
direktor monitorlarla müəllimləri seyr etməyə başladı. Guya özlüyündə müəllimlərdə nöqsanlar tutur,
müəllimləri kabinetinə dəvət edib yersiz heç bir hüquqi əsası olmayan məcburi izahatlar yazdırmağa
başladı. Həmçinin məktəb və Təhsil Nazirliyinə heç bir aidiyyatı olmayan bir şəxsi vəkili təyin edib, onun
əli ilə hüquqi əsası olmayan töhmətlər verir, izahatlar yazdırır. Müəllimləri şəxsi vəkili və guya yüksək
vəzifədə işləyən həyat yoldaşı ilə hədələyir. Özbaşına qərarlar verir və müqavilələr imzalayır. Sanki
məktəb bunun üçün ailə şirkəti ya da şəxsi holdinqdir. Həmin izahatlarla müəllim heyətini şantaj və
təhdid edir və şantaja yatmayan müəllimlərə töhmət verib pedaqoji etik qaydalara sığmayan hərəkətlərlə
məktəbin dəhlizində yerləşən elan löhvəsinə yapışdırır, halbuki bunu müəllimlər otağına yapışdıra bilərdi.
İndi düşünün bunu görən şagirdlər və ya valideynlərin reaksiyası 30 ilin təcrübəli müəllimlərinə necə
olar? Bu etik qaydalara sığan hərəkət deyil. Bu artıq müəllimləri şagirdlərin qarşısında alçaltmaqdır.
Amma repititorluqdan ona haqq çatdıran müəllimlərə (diaqnostik qiymətlərdən zəif bal toplayan) isə dərs
saatlarını artırdı.
Biz müəllimlərin əmək haqqları azdır. Dolanmaq üçün istər-istəməz dərslərdən sonra əlavə olaraq
repititorluq ilə məşğul oluruq və bizdən Nazirlik adı ilə yığılan pullar nə qədər ağıla sığandır. Pulu
verməyən müəllimlər isə qeyd etdiyim kimi ya şantajla, təhdidlə rastlaşır ya da dərsdən sonra sinif
otaqlarının qapılarını üzlərinə bağlı olduğu ilə rastlaşır.
Azərbaycan Respublikası yetərincə inkişaf edir. Dövlət də təhsilin inkişafına hər il yetərincə vəsait ayırır.
Sizcə nə qədər düzgündür ki, biz bir neft ölkəsi ola-ola dövlət məktəblərini az məvaciblə çalışan və
dərsdən sonra əziyyətlə repititorluq edən müəllimlərin qazandığı pul ilə saxlayır. Əlbətdə ki, bu heç ağıla
sığmaz fikir də deyil. Bu Esmira Ağayevanın özbaşınalığıdır. Bu cür hərəkətlər, özbaşınalıqlar
valideynlərdə müəllim ziyalı kontingentini gözdən salır və əhalidə dövlətə qarşı ikrah hissi yaradır. Biz
Esmira Ağayevanın bu cür hərəkətlətini dövlətə hakimiyyətə qarşı təxribat hesab edirik. Xahiş edirik
Təhsil Nazirliyi, Prezident Adminstrasiyası, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq bu kimi
özbaşınalıqlara son qoysun.
Hörmətlə,
Bakı Şəhəri Nizami rayonu V.Sadıqov adına 214 saylı məktəbin müəllimləri
anaxeber.info