Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Növbəti Türkiyə-Rusiya gərginliyi Azərbaycana nə vəd edir?

2-02-2016, 09:58   
Növbəti Türkiyə-Rusiya gərginliyi Azərbaycana nə vəd edir?
Elxan Şahinoğlu: «Rusiya ilə Türkiyə arasında olan gərginlik Azərbaycanı da narahat etməlidir»

Türkiyə ilə Rusiya arasında gərginlik yeni fazaya qədəm qoyub. Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozması iki ölkə arasında olan gərgin münasibətləri bir qədər də qəlizləşdirib. Hadisə baş verən gün Rusiyanın Türkiyədəki səfiri dərhal XIN-ə çağrılıb. Eyni zamanda rus təyyarələrinə qarşı “narıncı həyəcan” elan edilərək türk qırıcıları havaya qaldırılıb. Bundan başqa rus təyyarələri rus və ingilis dilind xəbərdar edilib.


Türkiyyə rəsmiləri artıq bəyan ediblər ki, Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı olmasa da ikinci başqa mövqedən çıxış edir.

Türkiyənin haqlı mövqeyinə NATO-dan da dəstək gəlib. NATO Rusiyanı bu cür təşəbbüslərdən çəkinməyə çağırıb.

Onu da qeyd edək ki, sərhədi pozan rus təyyarəsinin vurulmasından ən son həddə vaz keçilib. Bəs, Rusiya-Türkiyə gərginliyinin yeni fazası nə vəd edir? Baş verənlər Azərbaycana necə təsir edə bilər?

elxan-shahinoglu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya iki ölkə arasındakı münasibətlərin gərginləşməsi ilə məşğuldur. Çünki Kreml birinci təyyarə olayından sonra Rusiya ehtiyatlı olmalı idi. Rusiyanın birinci hadisədən sonra hər şeydə Türkiyəni ittiham etməyə başladığını deyən E.Şahinoğlu bildirdi ki, Rusiyanın Suriyada yaşayan türkmən əraziləri bombalaması da Türkiyəyə qarşı atılan addım idi: “Rusiya artıq anlamalıdır ki, təyyarə bir daha sərhəddi pozsa bu təyyarənin vurulması ilə nəticələnəcək. Çox təəssüf ki, birinci halda olduğu kimi ikinci halda da Rusiya sərhəd pozuntusunu inkar edir. Ona görə bu təyyarədə vurulsa, Rusiya sərhəd pozuntusu olmadığını bəyan edəcək. Bu isə Türkiyə-Rusiya gərginliyinin isti müharibəyə keçməsinə səbəb olacaq. Görünür, Türkiyə ilə savaş açmaq Rusiyaya ona görə lazımdır ki, Putin ölkədə iqtisadi və sosial vəziyyətin ağırlığını xarici siyasətə yönəltmək istəyir. Amma Rusiya anlamalıdır ki, Türkiyə NATO dövlətidir və bu addımlar NATO ilə Türkiyənin qarşıdurmasına səbəb ola bilər”.

Rusiya ilə Türkiyə arasında olan gərginliyin Azərbaycanı da narahat etməli olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, çünki iki dövlətin münasibətinin gərginləşməsinin Azərbaycana da təsirləri var: “Baş verənlərin fonunda Azərbaycana Rusiyadan da təzyiqlər arta bilər. Onsuz da bu təzyiqləri biz indi də hiss edirik. Buna misal olaraq Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınmasında, Türkmənistanla Azərbaycan arasında dialoqun artması bu məsələdə qızğın müzakirələrə səbəb olub. Eyni zamanda Rusiya Ermənistanı silah gücü ilə möhkəmləndirməklə məşğuldur. Rusiya bu faktordan Türkiyə və Azərbaycana qarşı istifadə etmək istəyir”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar