
Əli Əhmədov və Novruz Məmmədova bir xatırlatma
Bugünlərdə AŞ PA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirəyə çıxarıldı və hesabat səsvermədən sonra qəbul edilmədi. Bu barədə əvvəlki yazılarımızda geniş məlumat vermişdik və hesabatın qəbul edilməməsini Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti ilə əaqələndirmişdik. Daha doğrusu, orataya faktlar qoymuşduq və hakimiyyətin dövlət maraqlarından çıxış etmədiyini təsdiqləmişdik.
Sadəcə olaraq Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və YAP icra katibi Əli Əhmədovun açıqlaması bu mövzuya yenidən qayıtmaq zərurəti yaratdı.ÿÿ
Belə ki, Novruz Məmmədov “Biz Minsk qrupundan münaqişənin həlli istiqamətində ciddi addımların atılmasını gözləyirik. Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Minsk qrupu Qarabağ məsələsiylə bağlı prosesləri öz monopoliyasına almaq istəyir” söyləyib.
Əli Əhmədov isə bildirib ki, Minsk qrupunun həmsədrləri AŞ PA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə bizi Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir.
Göründüyü kimi, hökumət AŞ PA-dakı məlum məğlubiyyətə görə ATƏT-in Minsk qrupunu günahlandırır və xəyanətdə ittiham edir.
Ancaq AŞPA bu hesabatı hazırlayanda Azərbaycan hakimiyyəti etiraz etmiş və Minsk qrupunun tərəfdarı kimi çıxış etmişdi.
Belə ki, məlum hesabat gündəmə gələndəÿRusiya xarici işlər naziri Segey Lavrov AŞ PA-nın Qarabağ məsələsinə müdaxiəsini pisləmişdi. O qeyd etmişdi ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq birlikdən mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlar müstəvisinə çıxmaq düzgün deyil. Lavrov belə əsaslandırmışdı ki, bu tip layihələrin hazırlanması ATƏT-in Minsk qrupunun fəaliyyətinə ziyan vurur. Bəli, Rusiya Azərbaycanın maraqları baxımından önəmli olan layihənin hazırlanmasına etiraz etmişdi. Azərbaycan tərəfi isə Lavrovun mövqeyini müdafiə etmişdi. Hətta Azərbaycan XIN-i məsələyə münasibətində bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi, Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük. Yəni rəsmi şəkildə AŞ PA-nın məsələyə müdaxiləsini Azərbaycan tərəfi də pisləmişdi və Rusiya ilə eyni səngərdən çıxış etmişdi.
Bəli, məlum hesabatın qəbul olunmadığına görə Minsk qrupunu, AŞ PA-nı ittham edənlər, ilk növbədə özləri bu hesabatın əleyhinə olublar.
Novruz Məmmədovun, Əli Əhmədovun mövqeyindən belə çıxır ki, Azərbaycan XIN-i də dövlət maraqlarına xəyanət edib. Çünki, yuxarıdada qeyd etdiyimiz kimi, Azərbaycanın rəsmi mövqeyi əvvəldən bu hesabatın əleyhinə olub və Minsk qrupunun üzvü olan Rusiyanın mövqeyi dəstəklənib.
Indi hökumət təmsilçilərinin canfəşanlığı özünüifşadan xəbər verir və ən böyük xəyanəti özlərinin törətdiyi üzə çıxır.
Yaxşı olar ki, hökumət izahat versin və XIN-in diliylə sərgilədiyi mövqeyə aydınlıq gətirsin. Çünki, indiki reallıqda XIN-də xəyanətkar mövqeyində görünür.
Samir