
İordaniya televiziyasının "Seven Stars" proqramının çəkiliş zamanı jurnalistlər studiyanı dağıdıblar.
Insidentə Suriya münaqişəsi diskusiyası zamanı yaranan fikir ayrılığı olub. Jurnalistlər Şakir Cöhəri (Shaker al-Johari) və Məhəmməd Cəusinin (Mohammad al-Jayousi) iştirakı ilə baş tutan diskusiyada tərəflər bir-birlərinin fikirlərini qəbul etməkdən qətiyyətlə imtina ediblər.
Cəusi həmkarını Suriyada inqilabı dəstəkləməkdə ittiham edib. Cöhəri isə onu pul qarşılığında prezident Bəşər əl-Əsədi dəstəkləməkdə ittiham edib.
Müzakirə zamanı jurnalistlər bir-birinə o qədər qəzəblənib ki, studiyadakı masanı sındırıblar.
[media=http://www.youtube.com/watch?v=mbtHaHPDsCA]