Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukraynanın tele-radiolarının yayım kabelləri partladıldı

9-05-2014, 15:36   
Ukraynanın tele-radiolarının yayım kabelləri partladıldı
Bu gün səhər 5:30 radələrində naməlum şəxslər bir neçə telekanalın və radio kabellərinin keçdiyi quyuya “Molotov kokteyli” atıb. Nəticədə “İnter”, “Birinci kanal”, NTN, “TRK Kiyev” telekanllarının, həmçinin “98 FM”, “Qala radio”, “100.5”, “Prosto radio” radiolarının yayımı dayanıb. Hadisə yerinə gələn dövlət qurumları baş verəni təxribat və terror aktı kimi qiymətləndirib. “Birinci Kanal”ın yeni təyin olunan Baş direktoru Zurab Alasaniya da hadisənin təxribat xarakteri daşıdığını dilə gətirib. Xatlrldaq ki, “İnter” kanalının 9 may üçün Qələbə Gününə həsr olunmuş telemarafonu, “Birinci Kanal”ın isə tok-şousu planlaşdırılmışdı. Verilən son xəbərlərə görə, telekanlların fəaliyyəti nisbətən bərpa olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar