Sosial şəbəkələrdə İrandan keçərək Naxçıvana avtobus səfərinin təxirə düşməsi ilə bağlı xəbərlər yayılıb.
Buna səbəb kimi son zamanlar iki ölkə arasında yaşanan gərginlik göstərilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, gedişlər təxirə salınmayıb:
"Gediş təxirə salınmayıb. Qrafik isə olduğu kimidir. Dəyişiklik yoxdur. Hər gün 3 reys olur. Bu saatlar 9:00, 20:00 və 21:00-ı təşkil edir".
Naibə
Cebhe.info